ABŞ-ın Azərbaycandakı səfiri niyə susur?

ABŞ demokratları Ağ evə bu gün də nəticələri şübhəli görünən prezident seçkiləri nəticəsində yiyələndikdən sonra bütün türk dünyasına və xüsusilə də, Azərbaycana qarşı açıq-aşkar qərəzçilik və aşırı ədalətsizlik mövqelərini nümayiş etdirməkdədirlər. Əgər respublikaçıların hakimiyyətləri dövrlərində qərəzli mövqelər əsasən qanunvericilik orqanında tüğyan edirdisə, artıq eyni münasibət dövlət departamenti tərəfindən də aydın şəkildə nümayiş etdirilir.

Hazırda demokratlar tərəfindən müxtəlif səviyyələrdə Azərbaycana qarşı tam əsassız və təxribat xarakterli bəyanatlar verilir, bu da azmış kimi, ölkəmizin qarşısında qəbuledilməz tələblər qoyulur. Şübhəsiz ki, Azərbaycana qarşı bu cür hücumların əsas səbəbi tarixi və hüquqi baxımdan Azərbaycana məxsus ərazilərin qələbə ilə nəticələnmiş müharibə yolu ilə azad edilməsi olmuşdur. Bu qələbə əlbəttə ki, həm bəlli düşməni, həm də onun qayğısına qalan məlum havadarlarını ciddi şəkildə narahat edir, təlaşlandırır.

Özlərini “dünyanın ağası” kimi hiss edən, hətta zaman-zaman bunu dillərinə belə gətirməkdən çəkinməyən ABŞ-ın siyasi dairələri, sadəcə, bunu heç cür həzm edə bilmirlər. Axı necə ola bilər, onların iştirakı olmadan uzun illər dalana dirənən, həlli mümkünsüz görünən bir münaqişə cəmi 44 gün içində həll olundu!

Biz dəfələrlə ABŞ-n müxtəlif siyasi dairələri tərəfindən bütün Azərbaycana qarşı aparılan təzyiq, təsir siyasətləri haqqında mütəmadi olaraq və danılmaz faktlara əsaslanan yazılarımızla çıxışlar etmişik. Bu gün də bir nəzərəçarpan və hiddət doğuran faktı yenidən xatırlatmaq yerinə düşərdi: söhbət ABŞ-ın Ermənistandakı səfiri, özünü az qala Ermənistanın söz sahibi hesab edən Linn Treysidən gedir...

Bu, həmin Linn Treysidir ki, gah Qərbi Zəngəzura gedərək erməni hərbçiləri ilə birlikdə Azərbaycanın ərazilərinə binoklla baxır, gah göstərişlərini verir, gah da Qarabağın heç vaxt olmayacaq (!) “statusu” ətrafında sərsəm bəyanatlar səsləndirir.

Lakin bu fonda daha bir sual, yaxud məqam növbəti düşündürücü nüansı ortaya çıxarır: əcəba, bəs ABŞ-ın Azərbaycandakı Səfiri Örl Litzenberqer niyə ağzına su alaraq oturub və Ermənistandakı diplomat həmkarının həddini aşan bəyanatlarına qarşı ən azından yüngül irad da olsa tutmur? Axı bütün hallarda səfirlər təyin olunarkən onlar etimadnamə təqdim edirlər və çalışdıqları ölkələr də onların etinadnamələrini qəbul edir, yəni etimad göstərirlər! Bəs hansı qarşılıqlı etimad, etibar gerçəkliyi, niyə biz bunları görmür və müşahidə etmirik? Necə olur ki, insan haqları, seksual azlıqları və sair məsələlərdə bu cənab bəyanatlar verir, amma birbaşa səlahiyyətlərinə aid regionun ən əsas, həssas siyasi məsələsinin həllinə qarışmır?!

Qeyd edə bilərik ki, hazırda onun funksiyalarını, faktiki olaraq, ABŞ-ın Dövlət departamentinin ən nüfuzsuz və fırıldaqçılığı ilə tanınan əməkdaşı Filip Riker yerinə yetirir. Onda növbəti sual yaranır: bəs nə baş verir?

Əslində, səthi təhlil belə müəyyən suallar doğuran məsələlərə kifayət qədər aydınlıq gətirməyə imkan yaradır. Məsələ burasındadır ki, ABŞ-ın xarici xidmət qaydalarına əsasən, səfirlər təyinat ölkələrində 3 il xidmət edirlər və nəzərə alsaq ki, Örl Litzenberqer indiki vəzifəsinə 2 yanvar 2019-cu ildə təyin olunub, bu zaman aydın olur ki, onun müddətinin başa çatmasına cəmi 3 ay qalır.

Digər ciddi məsələ isə odur ki, Dövlət departamenti bir qayda olaraq səfirlərin yeni vəzifələrə təqdimatını sentyabr-oktyabr aylarında irəli sürürlər. Yəni növbəti bir ay ərzində ABŞ Azərbaycana təyin edəcəyini yeni səfirinin adını açıqlayacaq, eləcə də Örl Litzenberqerin növbəti missiya ilə hansı ölkəyə gedəcəyi müəyyən olunacaq. Beləliklə, cənab Litzenberqer ABŞ-ın Azərbaycana qarşı olan ziddiyyətli qərarlarına münasibət bildirməməklə, sadəcə, özünün gələcək təyinatının hara olacağı barədə fikirləşir ki, daha bir uğurlu yerə göndərilsin.

Lakin onu da nəzərə alsaq ki, hazırda ABŞ səfirlərinin təyinat məsələsi qondarma erməni soyqırımının ABŞ tərəfindən tanınmasının əsas lobbiçilərindən biri olan Bob Menendesin səlahiyyətlərinə daxildir, onda cənab Litsenberqerin passivliyinin səbəbi daha çox aydın olmağa başlayır.

Amma bu da son deyil. Digər bir maraqlı məlumat cənab Litzenberqerin Azərbaycana təyinatı ilə bağlıdır. Belə ki, Örl Litzenberqerin Azərbaycana səfir təyin olunması ABŞ-ın ermənilərin tam nəzarətində olan Xarici Əlaqələr Komitəsi tərəfindən uzun müddət yubadılırdı.

Məqsəd, Azərbaycanla yaxşı əlaqələri olan Tramp administrasiyasının regiondakı fəaliyyətini əngəlləmək və Azərbaycan iqtidarını qıcıqlandırmaq idi. Yalnız Litzenberqerin komitənin şərtlərini qəbul etməsinə əmin olduqdan sonra, onun namizədliyinə “yaşıl işıq” yandıran Bob Menendes ona belə bir tapşırıq vermişdi: “Mən cənab Litzenberqerin namizədliyini dəstəkləyirəm və gözləyirəm ki, onunla sıx və davamlı dialoq aparacağıq və biz azərbaycanlıları necə inandıraq ki, onlar Dağlıq Qarabağla (?!-R.R.) təmas xəttində təhlükəli davranışlardan çəkinsinlər...” (???!!!-R.R.)

Görünən budur ki, Azərbaycanın öz taleyini amerikalıların maraqlarına sədd qoymaqla onların əlindən öz əllərinə alıb torpaqlarını azad etməsi, səfir Litzenberqeri faktiki olaraq Bob Menendesin yanında başıaşağı edib. Belə ki, ona verilən tapşırığı yerinə yetirə bilməyib və indi də taleyi sual altında qalıb. O səbəbdən də Litzenberqer özünü rəhbərliyinin qarşısında necə deyərlər, “quzu kimi” aparır ki, bəlkə ona güzəştə gedələr, karyerasının irəliləməsinə şərait yaradalar.

Bob Menendesin isə ermənilərlə bağlılığı yalnız ideoloji dəstəklə yekunlaşmır. Onun ermənilərlə həm də intim bağlılığı var. Belə ki, 3 oktyabr 2020-ci ildə Bob Menendes erməni Nadine Arslanyanla uzun illər sevişdiyindən sonra rəsmi nikaha daxil olub və Nadinenin dediklərinə görə, Bob bütün günü Nadineye mahnılar oxuyur. Hətta bu “eşq” anlarından birini YouTube sosial şəbəkə kanalında yerləşdiriblər:

https://www.youtube.com/watch?v=uOIaPijJwx8&t=20s

Odur ki, ermənilərin ABŞ-da nəinki Kim Kardaşyan kimi “anaları” var, onların həmçinin Nadine kimi “xalaları” da var. Belə çıxır ki, səfir Litzenberqer Bobdan deyil, bəlkə də elə Nadinedən qorxur.

Eyni zamanda, ABŞ mətbuatında gedən məlumatlara görə, Səfir Litzenberqerə, ümumiyyətlə, Azərbaycanın qələbəsi haqqında danışmaq qadağan edilib. Belə ki, onun keçən il Mikayıl Cabbarovla görüşündən sonra konqresmen Bred Sherman qəzəbli məktub göndərərək “izahat verməyi” tələb etmişdi.

Bu da həmin məktubun mətni:

Bu məktubdan dərhal sonra səfir Litzenberqer dövlət qurumları ilə rəsmi görüşləri dayandırdı və tam şəkildə kölgəyə çəkildi. Əlbəttə ki, bu, çox cəsarətsiz bir davranışdır. Xüsusən, nəzərə alsaq ki, səfir Litzenberqerin türklərlə müəyyən genetik bağlantısı var. Belə ki, səfir Litzenberqer etnik mənsubiyyətinə görə aşkenazi yəhudilərindəndir və bir çox alimlərin fikrincə, aşkenazi yəhudiləri öz kökünü qədim türk dövləti olan Xəzər xaqanlığından götürüb.

Digər maraqlı fakt isə ondan ibarətdir ki, səfir Litzenberqer özünün ABŞ-ın hansı regionunda doğulub böyüdüyü faktları açıqlamamağa çalışır. Bunun səbəbi odur ki, o, ABŞ-ın Kaliforniya ştatını təmsil edir və hamı da bilir ki, ermənilərin ABŞ-da ən çox yaşadığı ştat məhz Kaliforniyadır. Son siyahıyaalmalara görə, Kaliforniyada 200 mindən çox erməni yaşayır. Görünür, səfir Litzerberqer hesab edir ki, ölkəmizdə onun ermənilərin içində böyümüş bir şəxs olduğu üzə çıxsa, ona münasibət fərqli olacaqdır. Amma cənab səfir bilməlidir ki, biz ermənilərdən fərqli olaraq insanların keyfiyyətini, onların doğulduğu yerə, milli mənsubiyyətinə və digər subyektiv amillərlə ölçmürük. Bizim xalq insanlara dəyəri onların davranışı və düzgün mövqe nümayiş etdirmək bacarığına görə verir. Əbəs deyil ki, azərbaycanlılar dünyanın ən tolerant və multikultural xalqı kimi etalon olaraq göstərilir!

Amma bu da yekun maraqlı fakt deyil. Belə ki, Litzenberqerin və ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi ABŞ Kongresi tərəfindən eyni gündə təsdiq olunmuşdular-2 yanvar 2019-cu ildə. Və bu fakt Linn Treysinin canfəşanlığını əsaslandıran faktlardan biridir. Yəni səfir Litzenberqeri susduran səbəblər, səfir Linn Treysinin əksinə fəallaşdırır. Linn Treysinin də Ermənstanda xidmət müddəti başa çatır və o da yeni və normal ölkəyə, yaxud daha yüksək vəzifəyə təyinat istəyir. Söz yox ki, onun da taleyi Bob Menendesin əlindədir və o, ermənilərə sevgi nümayiş etdirməklə siyasi bonuslar qazanmağa çalışır. Linn Treysi Ermənistana səfir təyin olunanda da ermənilərə olan sevgi amilindən məharətlə istifadə edib, belə ki, təyinat prosesi zamanı Menendesin suallarına cavab verən Linn bunları demişdi: “…Osmanlı İmperiyasının son illərində 1.5 miyon erməni deportasiya olunmuş, öldürülmüş və ölümcül sürgünə məruz qalmışlar …”.

Treysinin canfəşanlığının digər səbəbi odur ki, nə qədər də inandırıcı görünməsə, o da aşkenazi yəhudilərindəndir və qanında türk qanı axır. Linn bilir ki, ermənilər də, ermənipərəstlər də bunu bilirlər və əgər o, bir qədər özünün anti-Azərbaycan-Anti-Türkiyə mövqeyini yumşaldarsa, onun diplomatik karyerasına son qoyulacaqdır.

Burada İsrailin müharibə dövründə Azərbaycana göstərdiyi dəstək amilini də unutmaq olmaz. Ermənilər üçün fərq etmir: yəhudi-yəhudidir. Və əgər yəhudi dövləti Azərbaycana dəstək verirsə, deməli, bütün yəhudilər də ermənilərin düşmənidir. Və indi Linn ermənilərə sübut etməyə çalışır ki, o, fərqli yəhudidir və erməniləri sevirmiş...

Beləliklə, Azərbaycana qarşı qenişmiqyaslı siyasi təzyiqlərin obyektiv və subyektib səbəbləri var. Ümumiyyətlə, biz artıq özümüz üçün bir faktı tam aydın etməliyik. Biz ABŞ-dan bizə qarşı olan hücumları erməni lobbisi ilə əlaqələndirməyimiz artıq kökündən səhvdir. ABŞ özü “həftəbecər” ölkədir və orada bütün millətlər bir-birinə qarışıb. Sadəcə, ermənisi bir az çox olub deyə, bizə qarşı siyasəti “acı” olub. Biz artıq ABŞ-da bizə qarşı olan bütün həmlələri birbaşa ABŞ dövlətinin rəsmi mövqeyi kmi qəbul etməli və ona uyğun da öz siyasətimizi qurmalıyıq. Qarabağı azad etdikdən sonra ABŞ bizə olan düşmənçilik mövqeyini və nəticə etibarı ilə təzyiqi getdikcə artıra bilər, amma bu təzyiqlər nəticəsiz qalacaq. Çünki onun qarşısında xalq-hakimiyyət birliyinin, vəhdətinin gerçək simvolizasiyası dayanıb!

Ancaq buna baxmayaraq, amerikalıların mövcud hakimiyyətlərinin, daha dəqiq desək, demokratlarının təsiretmə cəhdləri davam edə bilər. Və ABŞ-ın bütün son addımları da bunu sübut edir.

Yeri gəlmişkən, ABŞ-a Əfqanıstanda ən çox dəstək göstərən tərəflər də Türkiyə ilə Əfqanıstan hərbçiləri (sülhməramlı kontingenti) dəstək oldular. Amerikalılar bu ölkədən qaçdıqdan sonra isə onlar elə sanırlar ki, daha nə Türkiyə, nə də Azərbaycan onlara lazım deyil. Bu amili də unutmayaraq qeyd edə bilərik ki, demokratlar həqiqətən də bel bağlanılası cinah deyillər.

Bu arada onu da xatırlatmaq yerinə düşərdi ki, son bir neçə illər ərzində ABŞ-la Rusiya ali hərbi qurumları görüşlərini məhz Bakıda keçirirdilər. İndi isə bu görüş Finyandiyanın Vantaa şəhərinə transfer olunub. Görünür, ABŞ bu vasitə ilə bizlərə mesaj yollamağa cəhd edir. Lakin bu mesajın da artıq bizim üçün heç bir əhəmiyyəti yoxdur.

Analizimizi ümumiləşdirərək belə qənaətə gələ bilərik ki, Azərbaycanın tam haqlı olaraq öz torpaqlarını - Qarabağı azad etməsi ABŞ-n Azərbaycana qarşı açıq qərəzçilik mövqeyini artırıb və hazırda ABŞ-dan bizə qarşı daha geniş təhdidləri də gözləmək olar. Bu, həm beynəlxalq səviyyədə, həm də ABŞ-ın Azərbaycanın daxilində yaratdığı “agentura” səviyyəsində də istifadə oluna bilər. Misal üçün, bu gün özlərini “ana müxalifət” hesab edən radikal dairələrin əksəriyyəti uzun illərdir Qərbin, xüsusilə, ABŞ-ın nəzarəti altında fəaliyyət göstərirlər. O da əbəs deyil ki, radikalların Qərbi Avropa ölkələrindəki sosial şəbəkə sistemlərinə də məhz ABŞ-dan nəzarətlər, təlimatlar mövcuddur. Bu haqda “n” qədər məlumatlar, informasiyalar dəfələrlə mediada və s. informasiya mənbələrində yazılıb, deyilib.

Lakin hazırda Azərbaycanda fəaliyyət göstərən və adlarını “humanitar missiya” kimi təqdim edən, reallıqda isə Vaşinqtonun demokratlar cameəsini hakimiyyətə gətirməyə müvəffəq olan Soros fondunun şübhəli şəxsləri də nəzərdən yayınmamalıdır. Bu kontekstdən çıxış edərsək, həm də belə nəticəyə gələ bilərik: Azərbaycanda qarşıdakı aylar ərzində namizədliyi irəli sürüləcək növbəti ABŞ səfirinin şəxsiyyəti son dərəcə diqqətlə öyrənilməlidir. Çünki Ağ ev bilavasitə Sorosun əlində ipli kuklaya çevrilib. Hətta Soros əlində olan maliyyəsindən gen-bol istifadə etməklə Azərbaycana öz adamını yerləşdirməyə də bilər. Üstəlik, nəzərə alsaq ki, ölkə daxilində Soros şəbəkəsinə xidmət edənlər də mövcuddur, bu zaman daha diqqətli olmaq vacibliyi ortaya çıxır. Məsələn, bu gün də Azərbaycanda USAİD adlı sorosçu qurum fəaliyyət göstərir və Sorosun Azərbaycanda fəaliyyət göstərən təşkilatlarına milyonlarla dollarlarla ölçülən qrantlar ayırmaqla onların Azərbaycanda qalmasına şərait yaradır ki, lazım olan kimi işə salsın.

Başqa tərəfdən, biz dəfələrlə Sorosa məxsus “Şərq-Qərb İdarəetmə İnstitutu”nun Azərbaycandakı qanunsuz fəaliyyəti haqqında məlumat vermişik, amma həmin təşkilat yenə də USAİD-dən qrantlar almaqla özünün qanunsuz fəaliyyətlərini davam etdirir, özü də bəzi qüvvələr onlara bunda dəstək göstərir. Məsələn 28 sentyabr tarixində bu təşkilat Azərbaycanda online formatda konfrans keçirməyi planlaşdırır və bir çox rəsmi və qeyri-rəsmi şəxsləri həmin konfransa qoşmağı planlaşdırır. Hətta bilmək olmaz, bəlkə Corc Sorosun elə özü o konfransa qoşuldu. Ona nə var ki, siyasi həyasızın təkidir!

Rövşən RƏSULOV

P.S. İndi təsəvvür edin ki, ölkəyə səfiri də dolayısı yollarla Soros təyin etsə, onda hansı proseslər başlaya bilər (?!). Odur ki, diqqətli olmağa dəyər...

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...