1980-ci illərdə Perulu Luis Kastro İslamı qəbul etdi və…

Peru müsəlmanları İslam haqqında qərəzli fikirlərin aradan qaldırılmasına kömək edirlər…
1980-ci illərdə Perulu Luis Kastro İslamı qəbul etdi və…

...Müsəlmanlar İspaniyanın fəthindən bəri Peruda yaşayırlar, lakin Katolik Kilsəsinin əsrlər boyu davam edən vəhşi təqibləri səbəbindən ölkədəki sayları az qalıb və hazırda 2600 nəfərə yaxındır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə IQNA yazır.

1560-cı ildə Perunun İspaniya hökmdarları "Qvadalaxara murtu" Lope de la Penanı (digər mənbələr onun adının Alvaro Qonsales olduğunu deyir) Kuskoda "İslamı tətbiq etdiyinə və yaydığına" görə ömürlük həbs cəzasına məhkum etdilər. Onun köməkçisi, ispan və qaradərili qadının oğlu Luis Solano edam cəzasına məhkum edildi.

Bu cür qisaslar səbəbindən Peru müsəlmanları açıq şəkildə inanclarını elan etməkdən qorxdular və nominal xristian oldular.

20-ci əsrin ortalarında Livan və Fələstindən qaçqınlar Peruya gəlməyə başladılar.

1970-ci illərdə yerli müsəlman icması Amerika təşkilatı olan "İslam milləti" ilə əlaqələr qurdu.

1980-ci illərdə Perulu Luis Kastro İslamı qəbul etdi və Mədinədə təhsil almağa getdi və həmvətənlərinin İslam haqqında biliklərini genişləndirməyə kömək etdi.

Limada ilk məscid 1986-cı ildə açılıb. İsrail işğalının əvvəlində Peruya qaçan fələstinli iş adamı Miguel Abdul Hamid bu məqsədlə evini bağışlayıb.

Peru müsəlmanlarının demək olar ki, hamısı hazırda Limada yaşayır.

Nur İslam məscidində dindarlar yerli əhalini İslam haqqında maarifləndirmək, sakinlərlə müzakirələr aparmaq, onların suallarını cavablandırmaq və din haqqında etibarlı mənbələrd

Proqramın məqsədi dinlər arasında qarşılıqlı anlaşmanı yaxşılaşdırmaq və qərəzləri aradan qaldırmaqdır.

Məscidə gələn digər dinlərin nümayəndələri İslam dini liderləri ilə birbaşa danışmaq, Quranın tərcüməsini, eləcə də digər İslam ədəbiyyatını evlərinə aparıb oxumaq imkanına malikdirlər.

Məscid fəalları əmindirlər ki, insanlarla üz-üzə görüşlər və söhbətlər, aktual mövzular üzrə müzakirələr və dialoqa açıqlıq eyni məlumatları internetdə yaymaqdan daha təsirli olur. Perulular məscidə gəlir, xoş, mehriban insanlarla görüşür, onlarla söhbət edir və İslam və müsəlmanlar haqqında qorxularından azad olurlar.

Onlar heç bir təhlükə yaratmadıqlarını və mediada yayılan stereotiplərin reallığa əsaslanmadığını başa düşürlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə