Qış aylarında sitrus meyvələrinin qiymətinə hansı amillər təsir edir?

Qış aylarında sitrus meyvələrinin qiymətinə hansı amillər təsir edir?

Sitrus meyvələrinin qiymətinə bir neçə amil təsir edir. İlk növbədə, qış aylarında bu məhsulların yetişmə mövsümü başa çatdığı üçün bazara əsasən iki mənbədən daxil olur: xaricdən idxal edilir və ya əvvəlki mövsümdə tədarük olunaraq anbarlarda saxlanılan məhsullar satışa çıxarılır.

Bu sözləri SİA-ya iqtisadçı Xalid Kərimli deyib.

O bildirib ki, Azərbaycanda sitrus meyvələrinin əsas yetişmə dövrü sentyabr-oktyabr aylarına təsadüf edir. Buna görə də mövsümdənkənar dövrdə qiymətlərə ilk növbədə idxal xərcləri, ikinci olaraq saxlanma xərcləri, üçüncü isə bazara çıxarılan məhsulun həcmi təsir göstərir:

“Təbii ki, qeyri-mövsüm dövründə məhsulun xaricdən gətirilməsi və ya anbarlardan satışa çıxarılması onun maya dəyərini artırır. Bu səbəbdən qiymətlər məhsulun bol olduğu mövsümdəki səviyyədən daha yüksək ola bilər. Lakin qiymətlərin konkret səviyyəsi, xüsusilə də idxal məhsullarının hansı qiymətə alınmasından asılıdır.

Sitrus meyvələri Azərbaycana Misir, İspaniya, Türkiyə və Yunanıstan kimi ölkələrdən gətirilir. Bu ölkələrdəki alış qiymətləri, daşınma və digər idxal xərcləri də yerli bazarda formalaşan son qiymətə təsir edir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə