Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev bu ölkədə diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Keniyanın Baş naziri, eyni zamanda, xarici və diaspora işləri naziri Musalia Mudavadi ilə vida görüşükeçirib.
Səfirlikdən SİA-ya bildirilib ki, görüşdə iki ölkə münasibətlərinin cari inkişaf dinamikasından razılıq ifadə olunub.
Baş nazir M.Mudavadi Keniya Prezidenti cənab UilyamRutonun WUF13-də iştirak etmək üçün Bakıya səfəri zamanı Azərbaycanın Prezidenti cənab İlham Əliyev ilə görüşünün və liderlər arasında səmimi münasibətlərin iki ölkəninmənafeyinə xidmət etdiyini bildirib. Mövcud əməkdaşlığın genişləndirilməsi üçün imkanlardan maksimum bəhrələnməyin vacibliyini qeyd edib. O, Sultan HacıyeviAsiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi seçilməsi münasibəti ilə təbrik edib.
Səfir Sultan Hacıyev Keniya Hökumətinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində səylərinə və diplomatik fəaliyyətində ona göstərilən dəstəyə görə təşəkkür edib.
Görüşdə Azərbaycanın Prezidenti cənab İlham Əliyevtərəfindən Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsinin qəbul edilməsi qeyd olunub. Eyni zamanda, AQEM-in fəaliyyəti, o cümlədən bu platforma üzrə regionlararası əməkdaşlığ potensialının araşdırılmasındaKeniyanın rolu barədə ümumi fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB