"Böyük Qayıdış Proqramı Qarabağın müasir formada qurulmasına xidmət edir" - POLİTOLOQ

"Böyük Qayıdış Proqramı Qarabağın müasir formada qurulmasına xidmət edir" - POLİTOLOQ

"Azərbaycan dövlətinin qəbul etdiyi Böyük Qayıdış Proqramının icrasının birinci mərhələsi 2026-cı ilin sonunadək nəzərdə tutulmuşdu. Həmin proqrama əsasən, 2026-cı ilin sonuna qədər Qarabağa və işğaldan azad olunmuş digər ərazilərə təxminən 140 min insanın geri qayıtması və orada məskunlaşması planlaşdırılırdı".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, hazırda bu proses kifayət qədər intensiv şəkildə davam edir. İşğaldan azad olunmuş ərazilərin ilk növbədə minalardan təmizlənməsi, infrastruktur layihələrinin həyata keçirilməsi, yaşayış məntəqələrinin bərpası, yeni iş yerlərinin açılması və digər istiqamətlər üzrə olduqca mühüm layihələr icra olunur:

"Bir tərəfdən, Azərbaycanın qarşısında duran əsas prioritet azad edilmiş ərazilərin bərpası və vətəndaşların doğma yurdlarına qayıdışının təmin edilməsidir. Bu proses uğurla həyata keçirilir. Digər tərəfdən, görülən işlər Azərbaycan dövlətinin gücünü nümayiş etdirməklə yanaşı, bölgənin yeni və müasir formada qurulması istiqamətində atılan mühüm addımlardır. Bu da kifayət qədər ciddi uğurdur.

Bu baxımdan hesab edirəm ki, proqramın birinci mərhələsi nəzərdə tutulan qaydada həyata keçirilir. Bu proses həm işğaldan azad olunmuş ərazilərin bərpası və məskunlaşmanın təmin edilməsi, həm də Azərbaycanın gələcək inkişaf perspektivləri və təhlükəsizliyi baxımından olduqca mühüm addım hesab olunmalıdır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə