Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

"Azərbaycan Dəmir Yolları" QSC Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar sərnişin tələbatını nəzərə alaraq əlavə qatar reysləri təyin edib.

SİA səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, 8 noyabrda Gəncədən və Mingəçevirdən səfərlər təşkil olunacaq.

Biletləri qurumun saytından, "ADY Mobile" tətbiqindən və dəmiryol kassalarından əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə