"Azərbaycanın Zəfəri Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yeni imkanlar yaratdı" - DEPUTAT

"Azərbaycanın Zəfəri Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yeni imkanlar yaratdı" - DEPUTAT

"Azərbaycanın əldə etdiyi Zəfər regionda yeni düzənin formalaşmasına imkan yaratdı. Bu düzən region üçün həm sülh, həm də əməkdaşlıq deməkdir".

Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Zəfərin banisi Ulu Öndər Heydər Əliyev, onu reallaşdıran isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi və şanlı ordumuz oldu:

"Azərbaycan bununla da ədaləti bərpa etdi. Çünki BMT-nin üç qətnaməsi uzun müddət icra olunmamışdı. Azərbaycan isə həmin qətnamələrin icrasını özü təmin etdi. Bu baxımdan, baş verənlər beynəlxalq hüququn və ədalətin Azərbaycan tərəfindən reallaşdırılması deməkdir.

Bu sülh həm Zəfərin davamı, həm də Cənubi Qafqazın inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Bu gün Azərbaycan Ermənistana yanacaq məhsulları ixrac edir, Azərbaycan üzərindən Ermənistana daşınan yüklərlə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb. Yəni Azərbaycan praktik olaraq sülh gündəliyinə sadiqliyini nümayiş etdirir və sülh prosesinə öz töhfəsini verir.

Bütün bunlar onu göstərir ki, Azərbaycanın formalaşdırdığı yeni düzən regionun inkişafı üçün yeni zəmin yaradır. Bu gün regionda yeni düzəni formalaşdıran da, sülhü dəstəkləyən də Azərbaycandır. Növbəti illərdə regionun inkişafına və əməkdaşlığın genişlənməsinə daha böyük töhfə verəcək ölkə də Azərbaycan olacaq".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə