Formula 1 Azərbaycan Qran-Prisinin qalibi mükafatlandırılıb - FORMULA 1

Formula 1 Azərbaycan Qran-Prisinin qalibi mükafatlandırılıb - FORMULA 1

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin qalibi mükafatlandırılıb.

SİA xəbər verir ki, fəxri kürsünün ilk pilləsində “Mercedes”in britaniyalı pilotu Corc Rassell yer alıb. “Red Bull”dan niderlandlı Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar üçüncü sıraya qalxıb.

Onlara mükafatları Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Mohammed Ben Sulayem təqdim ediblər.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə