Macarıstan portalı 27 Sentyabr – Anım Günündən yazıb

Macarıstan portalı 27 Sentyabr – Anım Günündən yazıb

Macarıstanın “Daily News Hungary” portalı 27 Sentyabr – Anım Günündən yazıb.

SİA xəbər verir ki, ölkəmizin Macarıstandakı səfiri Esmira Cəfərova portala müsahibəsində Anım Gününün Azərbaycan xalqı üçün əhəmiyyəti, 44 günlük Vətən müharibəsinin Cənubi Qafqazdakı siyasi reallıqlara təsiri və regionda sülh perspektivləri barədə danışıb.

Diplomat, həmçinin azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, mina təhlükəsi və itkin düşmüş şəxslərin taleyi kimi humanitar məsələlərdən bəhs edib.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə