İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başa çatıb

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başa çatıb

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başa çatıb.

SİA xəbər verir ki, Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başa çatıb.

İqtisadiyyat Nazirliyi və “The European House – Ambrosetti & TEHA Group”un strateji tərəfdaşlığı ilə təşkil olunan forumda müxtəlif ölkələri təmsil edən dövlət rəsmiləri, qlobal investorlar, beynəlxalq maliyyə institutlarının, beyin mərkəzlərinin nümayəndələri və biznes liderləri iştirak ediblər.

“Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunan forumda qlobal iqtisadi gündəm, investisiya perspektivləri və regional əməkdaşlığın yeni imkanları müzakirə edilib.

Forum çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edən 23 sənəd imzalanıb.

Sənədlər süni intellekt, enerji, o cümlədən bərpa olunan enerji, tikinti, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə və su təsərrüfatı daxil olmaqla müxtəlif sahələri əhatə edir.

Bakı Enerji Həftəsi çərçivəsində elan edilmiş layihələr də nəzərə alınmaqla, planlaşdırılan birgə layihələrin ümumi dəyəri 16,7 milyard ABŞ dollarına çatacaq.

Forumda Azərbaycanın investisiya, istehsal, innovasiya və regional dəyər zəncirlərinin inkişafı üzrə potensialı təqdim olunub, ölkənin xarici sərmayələr üçün açıq və əlverişli iqtisadi mühitə malik olduğu diqqətə çatdırılıb.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə