Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

DR.BƏXTİYAR MUSAYEV ümumi cərrahiyyə və qastroenterologiya sahəsində, o cümlədən qaraciyər, öd kisəsi və öd axarları, mədəaltı vəzi, qida borusu, mədə, nazik və yoğun bağırsaq, dalaq xəstəlikləri üzrə təcrübəli mütəxəssis olaraq qarın boşluğu üzvləri üzərində bütün növ açıq və laparoskopik əməliyyatları həyata keçirir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/bextiyar-musayev/#
Dr.Bəxtiyar Musayev 1982-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirdikdən sonra 1982-1983-cü illərdə Bakı şəhəri 5 saylı klinik xəstəxanada cərrahiyyə üzrə internatura təhsilini almışdır. 2012-ci və 2017-ci illərdə ümumi cərrahiyyə üzrə təkmilləşmə kursu keçmişdir. 1990-cı ildə namizədlik, 2000-ci ildə isə Moskva şəhərində doktorluq dissertasiyası müdafiə etmişdir.
Bəxtiyar həkim 1984-1989-cu illərdə Respublika Elmlər Akademiyasının Elmi Tədqiqat Fiziologiya İnstitutu nəzdində akademik Böyükkişi Ağayevin təşəbbüsü ilə yaradılmış biliar sistemin fiziologiyası və cərrahiyyəsi üzrə akademik qrupun əvvəl kiçik, sonra isə böyük elmi işçisi vəzifəsində işləyib. 1989-2000-ci illərdə yeni yaradılmış ET Qastroenterologiya İnstitutunda öz işini davam etmişdir.
Eyni zamanda 1984-2018-ci illərdə 5 saylı kliniki xəstəxanada cərrah, o cümlədən 2000-2011-ci illərdə həmin xəstəxanada cərrahiyyə şöbəsinin müdiri vəzifəsində, 2004-2016-cı illərdə bir neçə özəl tibb müəssisəsində baş həkim vəzifəsində çalışıb. 2018-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalında ümumi cərrah və müalicə işləri üzrə rəis müavini, 2022-ci ilin dekabr ayından Gömrük Hospitalının Baş həkim vəzifəsini müvəqqətti icra etmiş, 16 mart 2023-cü il tarixindən etibarən isə Mərkəzi Gömrük Hospitalının rəisi- Baş həkim vəzifəsində, eləcə də ümumi cərrah kimi fəaliyyət göstərir.
Qeyd etmək lazımdır ki, Bəxtiyar Musayevin rəhbərlik təcrübəsi yalnız Mərkəzi Gömrük Hospitalı ilə məhdudlaşmır. O, uzun illər ərzində Azərbaycanın bir sıra nüfuzlu özəl tibb müəssisələrində baş həkim kimi fəaliyyət göstərib, hər zaman peşəkar idarəçilik bacarığı, strateji baxışı və tibbi xidmətin keyfiyyəti ilə seçilib. Onun rəhbərliyi altında tətbiq olunan yenilikçi yanaşmalar və inkişaf strategiyaları çalışdığı bütün müəssisələrin uğur qazanmasına və yüksək reputasiya qazanmasına səbəb olub.
Həkim peşəkarlığı, təşkilatçılıq bacarığı və nəcib insani keyfiyyətləri ilə rəğbət qazanan tibb elmləri doktoru Bəxtiyar Musayev Hippokrat andına sadiq bir həkim kimi xəstələrin keşiyindədir. Onun həm həkim, həm səhiyyə təşkilatçısı kimi fəaliyyəti gənc tibbi kadrlar üçün əsl örnəkdir.
Mərkəzi Gömrük Hospitalının rəisi, yüksəkixtisaslı cərrah Bəxtiyar Musayev uzun illərdir ki, bütün növ açıq və laporoskopik cərrahi əməliyyatlarını yüksək peşəkarlıqla yerinə yetirərək xəstələrə şəfa verir, onlara sağlamlıq bəxş edir. Onun həkim kimi ən üstün keyfiyyətlərindən biri hər bir xəstəyə qayğı ilə yanaşması, onları öz doğması və əzizi kimi qəbul etməsidir.
Tibdə həkimlə xəstənin ünsiyyəti, onunla davranışı və inamı ən mühüm keyfiyyətlərdən biri sayılır. Müasir tibb elmi də sübut edir ki, bəzən mükəmməl tibbi biliklərlə bərabər xəstəyə qarşı göstərilən insani münasibət, ona olan sevgi müalicənin başlıca şərtlərindən sayılır. Bəxtiyar həkimdə olan məhz bu keyfiyyətlər onu xəstələrə daha çox sevdirir.
Bəxtiyar həkim keyfiyyətləri özünün elmi bilikləri ilə birləşdirərək bu gün ən tanınmış mütəxəssislərdən birinə çevrilib. O, özünün bilik və bacarığı ilə yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da tanınır, peşəkarlığı və elmi ilə qəbul edilir. Həm nəzəri elmi, həm də praktik tibbi uğurları məşğul olduğu sahədə ona şöhrət və hörmət qazandırıb.
Bəxtiyar həkim bir alim kimi ölkəmizdə tibb elminin inkişafına da böyük töhfələr verib. O, 50-dən çox elmi məqalənin, 1 ixtiranın, 3 səmərələşdirici təklifin və 4 metodik tövsiyənin müəllifidir. Bəxtiyar Musayev ölkəmizdə endoskopik əməliyyatları icra edən ilk həkimlərdən biri kimi Azərbaycan səhiyyəsində xeyli uğurlara imza atıb. Xüsusilə qeyd etməyə dəyər ki, yüksəkixtisaslı ümumi cərrah Bəxtiyar Musayev 1984-cü ildə ölkəmizdə perkutan endobiliar əməliyyatının ilk icraçısı olub. Onun istedadı və humanist keyfiyyətləri peşəkar cərrah kimi tanınmasında xüsusi dəyər sayıla bilər.
Xəstələr həmişə çarəni həkim əllərində axtarırlar. Ağxalatlı müqəddəs peşə sahibləri onları həyata qaytarmaq, ağrılarına əncam çəkmək, ömürlərinə ömür calamaq, ən çarəsiz vəziyyətlərdə də qəlblərində ümid işığı yandırmaq, necə deyərlər, şəfasıza şəfa, çarəsizə çarə vermək üçün hər cür zəhmətə qatlaşırlar. Bəxtiyar həkim də belə xoş məramla yaşadığı üçün ona üz tutan, pənah gətirən xəstələrin, rəhbərlik etdiyi kollektivin sevimlisinə çevrilib. Bəxtiyar həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-00.

Bütün xəbərlər Facebook səhifəmizdə