Lavrov Pezeşkyanla görüşdü

Lavrov Pezeşkyanla görüşdü

Rusiya xarici işlər naziri Sergey Lavrov İran prezidenti Məsud Pezeşkyanla görüşüb.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, diplomat görüşdən şəkilləri və başlığı ilə Telegram kanalında paylaşıb.

IRNA-nın məlumatına görə, Pezeşkyan və Lavrov ölkələr arasında əməkdaşlıq, eləcə də beynəlxalq və regional məsələləri müzakirə ediblər. Onlar iki ölkə arasında əlaqələrin gücləndirilməsi yollarına diqqət yetiriblər.

Rusiya Xarici İşlər Nazirliyi daha sonra Lavrovun İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ilə də görüşdüyünü bildirib.

Lavrov xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlardan sonra İran prezidenti ilə planlaşdırılan görüşünə yola düşüb. Lavrov bazar ertəsi günü Bəhreyndən İrana işgüzar səfərə gəlib. Bəhreyndən gələn Lavrov

bir gün əvvəl Rusiya-Körfəz Əməkdaşlıq Şurası strateji dialoqunun doqquzuncu raundu orada baş tutub

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə