Bu gün Abşeronda bu yol bağlı olacaq - XƏBƏRDARLIQ

Bu gün Abşeronda bu yol bağlı olacaq - XƏBƏRDARLIQ

Oktyabrın 21-də saat 08:00-dan etibarən Abşeron rayonunda Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində təmir işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən SİA-ya bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan yol hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə