ABŞ Prezidenti Donald Tramp gündəmlə bağlı açıqlamasında Ukrayna Prezidenti Volodimir Zelenskinin artıq Rusiya ilə razılaşma əldə etməsinin vaxtı çatdığını bildirib.
SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Prezidenti Ağ Evdəki Oval kabinetdə keçirdiyi mətbuat konfransından sonra aktual məsələlərlə bağlı danışıb.
Rusiya ilə Ukrayna arasında artıq razılaşmanın əldə edilməsinin vacibliyini vurğulayan və Moskvanın buna daha çox meyilli olduğunu iddia edən Tramp Ukrayna liderini razılaşmaya çağırıb.
“Zelenskinin artıq razılaşma əldə etməsini istəyirik. İki il əvvəl Oval kabinetdə keçirdiyimiz qısa söhbət zamanı o, razılaşma əldə edə bilərdi. Bu vaxta qədər Ukraynaya çox kömək etmişəm, lakin indi bu müharibəyə son qoymağın və gənclərin öldürülməsinin qarşısını almağın vaxtı çatıb”, -deyə Tramp bildirib.
ABŞ Prezidenti Zelenski müharibəni başa çatdırmaq üçün addım atmasa, vəziyyətin daha da pisləşəcəyini söyləyib.
“ABŞ Ukraynaya böyük məbləğdə vəsait xərcləyib, Avropa da böyük vəsait sərf edib. Avropa artıq bundan bezib”, – deyə o qeyd edib.
Tramp Rusiyanın Ukrayna ilə müqayisədə “nəhəng” dövlət olduğunu, böyük canlı qüvvəyə və silah ehtiyatlarına malik olduğunu bildirib.
“Düşünürəm ki, Rusiya artıq bu məsələni həll etmək istəyir”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Tramp müharibənin ilk günlərində Rusiya ordusunun Kiyevi ələ keçirmək məqsədilə çoxsaylı tankları şəhərə doğru göndərməsini xatırladıb. O, həmin vaxt bir komandirin tankları asfalt yolla deyil, torpaq sahə ilə hərəkət etdirməyə yönəltdiyini, nəticədə tankların Kiyevə çatmamış palçığa batdığını deyib.
ABŞ Prezidenti bununla bağlı fikrini belə ifadə edib: “Əks halda, bu müharibə 3,5–4 saata başa çatardı”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB