Sürücülərin gözlərini yoldan çəkməsinə imkan verəcək avtomobillər...

Yeni sistem süni intellekt texnologiyalarından istifadə edəcək...
Sürücülərin gözlərini yoldan çəkməsinə imkan verəcək avtomobillər...

...Volvo, sürücülərin müəyyən şərtlərdə yoldan gözlərini çəkib idarəetməni avtomobilə təhvil verməsinə imkan verəcək yeni nəsil muxtar sürücülük sistemi hazırlamaq üçün NVIDIA ilə əməkdaşlığını genişləndirib.

SİA xəbər verir ki, Autoblog-a görə, texnologiya magistral yollarda, işlək şəhər küçələrində və park edərkən daha təhlükəsiz sürücülük etməyə imkan verməlidir.

Yeni sistem süni intellekt texnologiyalarından, NVIDIA-nın hesablama platformasından, o cümlədən sensorlar və hesablama üçün Hyperion arxitekturasından, Halos əməliyyat sistemindən eləcə də muxtar sürücülük üçün Alpamayo proqram təminatından istifadə edəcək.

Bu texnologiyalar, digər şeylərlə yanaşı, 4-cü səviyyəli muxtar sistemlərin yaradılması üçün nəzərdə tutulub. Müəyyən şərtlər daxilində, robotaksis kimi, avtomobilin sürücünün müdaxiləsi olmadan hərəkət etməsinə imkan verir. Volvo hələlik yeni sistemlə təchiz olunacaq ilk modelləri açıqlamayıb.

Bu sistem 2030-cu ildən əvvəl satışa çıxarılacağı gözlənilir.

O vaxta qədər İsveç avtomobil istehsalçısı 13 yeni model təqdim etməyi planlaşdırır.

Şirkət ümid edir ki, muxtar sürücülük və Volvo-nun təhlükəsizliyə ənənəvi diqqətinin birləşməsi müştəri inamını artırmağa kömək edəcək.

Avtomobil istehsalçısının açıqlamasında yeni texnologiyanın "təhlükəsiz, rahat və müştəri etibarına layiq" olması nəzərdə tutulur.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə