Ermənistan müdafiə naziri Suren Papikyan Çexiyadan döyüş təyyarələrinin alınması barədə məlumatı təsdiqləyib. SİA xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat verib.
Papikyan L-39 "Skyfox" qırıcısının görüntüsünü “Bu möcüzələr tezliklə Ermənistan səmasında uçacaq” sözləri ilə paylaşıb.
Ermənistan müdafiə naziri bu qırıcıların fonunda və döyüş təyyarələri ilə tanış olarkən çəkilən fotolarını isə “Ermənistan silahlı qüvvələrinin aviasiya tarixində ən əlamətdar günlərdən birinin fotoseriyası” adı ilə yayıb.
Qeyd edək ki, Suren Papikyan hazırda Çexiyadadır.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB