"Google Cloud”da xətalar və şəbəkə nasazlıqları baş verib.
SİA-nın əldə etdiyi məlumata görə, “Google”un bulud hesablama xidmətləri Avropada texniki problemlərlə üzləşib.
Şirkətdən bildirilib ki, "europe-west2" regionunda bir sıra “Google Cloud” xidmətlərində xətaların sayı artıb və vaxtaşırı şəbəkə nasazlıqları müşahidə olunur. Hazırda problemin müvəqqəti həll yolu mövcud deyil.
Qeyd olunur ki, nasazlıqlar aşağıdakı bir sıra xidmətlərə təsir edir:
BigQuery Data Transfer Service, Cloud Filestore, Cloud Run, Google App Engine, Google Cloud Dataflow, Google Cloud NetApp Volumes, Google Cloud Pub/Sub, Google Cloud Storage, Google Compute Engine, Google Kubernetes Engine, Looker (Google Cloud-un əsas komponenti), Managed Airflow, Managed Service for Apache Kafka, Persistent Disk və Storage Transfer Service.
Yaranan problem bəzi maliyyə texnologiyaları şirkətlərinə mənfi təsir göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB