Ağ Ev prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putindən Rusiyada həbsdə olan amerikalı Stiven Habbardın azadlığa buraxılmasını istəyib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Amerika lideri jurnalistlərə bildirib. ABŞ prezidenti bu məsələni Putinlə müzakirə etdiyini iddia edir.
"Mən ondan Habbardın azadlığa buraxılmasını xahiş etdim. Görək nə olacaq", - deyə Tramp bildirib.
Miçiqandan olan təqaüdçü Stiven Habbard 2014-cü ildə Ukraynaya köçüb. 2022-ci ildə o, Ukrayna Silahlı Qüvvələrində işləməyə başlayıb. 7 oktyabr 2024-cü ildə Moskva Şəhər Məhkəməsi Habbardı 6 il 10 ay müddətinə azadlıqdan məhrum edib.
Müəllif: Günel Fərzəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB