Hörmüz boğazında iki milyon bareldən çox xam neft daşıyan tanker minaya düşüb. SİA xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) bəyanat yayıb.
"Qaydanı pozan bir supertanker Hörmüz boğazının cənubunda dəniz minasına çırpılıb, partlayış və yanğın baş verib", - bildirilib.
Qeyd olunub ki, iki milyon bareldən çox xam neftə malik tanker bütün radar sistemlərini söndürüb və SEPAH-ın xəbərdarlıqlarına məhəl qoymayıb:
"Fars körfəzi ilə Oman dənizindəki gəmilərin sahibləri və heyəti icazə verilməyən marşrutlardan keçdiklərinə görə məsuliyyət daşıyırlar. Bu boğazın təhlükəsizliyini pozan istənilən fəaliyyətə qətiyyətlə cavab veriləcək".
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB