“Süni intellekt savadlılığı proqramı 7 mindən çox vətəndaşı əhatə edib” - Aysel Cəbrayılova
ASAN İnnovativ İnkişaf Mərkəzi indiyədək 35 mindən çox vətəndaşa 150-dən artıq mövzuda 850-dən çox təlim, vorkşop və seminar təşkil edib.
SİA xəbər verir ki, bunu ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri ASAN xidmət təcrübəsi əsasında hazırlanmış yumşaq bacarıqlar üzrə təlimlərdir. Bu təlimlərə vətəndaş məmnuniyyətində ASAN modeli, duyğuların və zamanın idarə olunması, ünsiyyət bacarıqları və digər mövzular daxildir.
A.Cəbrayılovanın sözlərinə görə, mərkəz fəaliyyət göstərdiyi müddətdə blokçeyn və süni intellekt savadlılığı üzrə xüsusi proqramların həyata keçirilməsinə də başlayıb.
O qeyd edib ki, süni intellekt savadlılığı proqramı 7 mindən çox vətəndaşı əhatə edib və iştirakçılar arasında məmnunluq səviyyəsi 98 faiz təşkil edir.
Mərkəz rəhbəri əlavə edib ki, blokçeyn istiqamətində də iki ildir təlimlər keçirilir və bu proqramlardan minlərlə işgüzar şəxs faydalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB