Uitkoff bu gün Rusiyaya gəlir

Uitkoff bu gün Rusiyaya gəlir

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Osloda Ukrayna təmsilçiləri ilə danışıqlardan sonra oktyabrın 21-də Rusiyaya səfər edəcək. SİA xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qar Störe məlumat verib.

Uitkoffun Rusiyaya səfər planlarını TASS agentliyinin mənbəyi də təsdiqləyib. Görüşün Sankt-Peterburqda keçirilib-keçirilməyəcəyi məlum deyil.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə