ABŞ Prezidenti Donald Tramp Yəməndə İran tərəfindən dəstəklənən Husilərə zərbə endirməyi düşünürdü. Lakin, CBS News-un mənbələrə istinadən verdiyi məlumata görə, bu seçim hələlik təxirə salınıb. Çərşənbə, 16 sentyabrda milli təhlükəsizlik müşavirləri ilə müzakirələr zamanı Tramp hava hücumlarından imtina etməyə meylli olduğuna işarə edib.
Lakin, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman cümə axşamı ABŞ prezidentinə yenidən zəng edərək kömək istədikdən sonra (o, 10 gün əvvəl Husilərə zərbə endirməyi də xahiş etmişdi), Tramp Pentaqona hava hücumlarına hazırlaşmağı tapşırıb.
Mənbələr qeyd ediblər ki, şənbə axşamı günü Ağ Ev hazırda döyüş meydanını genişləndirmək istəmədiyi üçün ABŞ-ın Husilərə qarşı hərəkətlərini hələlik təxirə salmaq qərarına gəlinib.
Reuters bazar ertəsi günü bildirib ki, Tramp Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin icra orqanı olan Yəmən Prezident Liderlik Şurasının rəhbəri Rəşad Əl-Əlimi ilə telefonla danışıb.
Daha əvvəl xəbər verdiyimiz kimi, Yəmən husiləri Qırmızı dənizdə Amerika gəmilərinə hücum etməyəcəklərini, lakin Səudiyyə Ərəbistanına qarşı hərbi əməliyyatları davam etdirəcəklərini bildiriblər.
Daha əvvəl Yəmən husiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı "həssas" hədəflərə raketlər və dronlarla hücum etdiklərini iddia etmişdilər.
Ötən həftə Səudiyyə Ərəbistanı bir sıra dron hücumlarından sonra strateji Şərq-Qərb neft boru kəmərinin fəaliyyətini dayandırıb.
VƏLİ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB