Abşeronda 17 yaşlı oğlan maşın siqnalı üstündə qonşusunu vurub öldürdü

Abşeronda 17 yaşlı oğlan maşın siqnalı üstündə qonşusunu vurub öldürdü

Abşeron rayonu ərazisində sentyabrın 26-da gecə saatlarında avtomobil siqnalına görə qonşular arasında mübahisə baş verib.

Məlum olub ki, rayon sakini Əli Axundovla qonşusu İbrahim Həmidov arasında yaranan mübahisəyə Ə. Axundovun oğlu Nadir qoşularaq kəsici alətlə İ. Həmidova xəsarət yetirib.

Tərəfləri sakitləşdirməyə çalışan İ. Həmidovun qohumu S. Mamedov da xəsarət alıb. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 2009-cu il təvəllüdlü N. Axundov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə