SOROS FONDU: Azərbaycana “QAYIDIŞ” planının gizlinləri V YAZI + ARAŞDIRMA

Bu dəfə Sorosun Delina Fico “SE(v)DA”sı haqqında...

Yazının əvvəlini aşağıdakı linkdən oxuya bilərsiniz:

https://sia.az/az/news/politics/857184.html

Beləliklə, apardığımız araşdırmanın daha bir maraqlı məqamının növbəsi çatdı. Daha dəqiq desək, silsilə xarakterli araşdırma yazımızın bu hissəsini Corc Sorosun dəstək göstərdiyi və özünün silahdaşı saydığı ABŞ-ın yeni Dövlət Katibi Blinkenin son bəyanatından çıxardığımız maraqlı sitatı ilə başlamaq qərarını verdik. SİTAT: “Biz artıq demokratiyanın bahalı hərbi əməliyyatlar vasitəsilə yürütməyəcəyik... Biz çalışıb demokratiyanın partnyorlarını mükafatlandırmaqla yürüdəcəyik...”

Nə deyə bilərik? Əslində, maraqlı və düşündürücü bir etirafdır. Yəni bu sitatdan hansı nəticələri çıxarmaq olar? Birincisi, demokratlar rəsmi olaraq etiraf edirlər ki, bu günədək “demokratiyanı” tam qeyri-demokratik yolla, yəni “demokratiyanı bərqərar etmək” adı altında digər ölkələrin ərazilərinə, daxil siyasətlərinə bu və ya digər şəkildə müdaxilə etməklə hərbi əməliyyatlar hesabına yürüdüblər. İkincisi, həmin bəyanat səslənən gündən etibarən kobud ifadə edərsək, asılı dövlətləri, yaxud asılı olmaq istəməyən ölkələri yenə də “demokratiyanı bərqərar etmək” adı ilə dollarlarla “düz yola” gətirəcəklər...

Blinkenin bəyanatı, əslində, bizim əvvəlki yazılarımızda irəli sürdüyümüz Sorosçuların demokratik partiya vasitəsi ilə həmçinin, bizim ölkədə destruktiv fəaliyyətə hazırlaşdıqlarını və o səbəbdən də bura qatı Sorosçu - Delina Ficonun birbaşa təyin etməsinin əsl səbəblərinə dair ehtimallarımızı kifayət qədər təsdiq edir.

Belə bir fəallaşma isə xüsusi olaraq Obama hakimiyyəti dövründə 2009-2017 ci illərdə özünü daha qabarıq şəkildə büruzə verdi

Digər tərəfdən, demokratların Sorosla əlaqələri ümumiyyətlə, sirr deyil və bu günə qədər gedən araşdırma yazımızda biz bunu isbatlayan bir sıra faktları da ortaya çıxarmışıq. Necə deyərlər, ən sadə sübut: Soros məhz demokratlar hakimiyyətdə olan dövrlərdə daha çox fəallaşır, fəaliyyət çevrəsi artır və ən azından bir neçə ölkədə çevrilişlər, rəngli inqilablar, kütləvi xarakterli etirazlar baş qaldırır. Belə bir fəallaşma isə xüsusi olaraq Obama hakimiyyəti dövründə 2009-2017 ci illərdə ozünü daha qabarıq şəkildə büruzə verdi və həmin fəallaşmanın Azərbaycandakı təsirləri haqqında da əvvəlki yazımızda qeydlərimizi aparmışıq. Məhz Obama dövründə Sorosla bağlı təşkilatlar bir çox ölkələrdə hakimiyyət əleyhinə hücumlara başladılar və bu hadisələr barədə müxtəlif məlumatlar, çoxsaylı informasiyalar internet məkanında kifayət qədərdir.

Lakin bütün bunlar öz yerində və əsas mətləbə geri dönərək Delino Ficonun “ictimai-siyasi ulduz” fonunda parlamasının necə baş verməsinə nəzər salaq. Beləliklə, Delina Fico məhz Obama dövründə arenaya çıxır. Delina Fico 17 noyabr 1964-cü ildə Çində yaşayan alban ailəsində doğlub. Sonradan Albaniyaya köçür, dərhal aktiv ictimai fəaliyyətə başlayır və ABŞ- da təhsil aldığı dövrdə müəyyən və ya bəlli dairələrin əhatə dairəsinə daxil olur və artıq onların dəstəyi ilə Fico ardıcıl olaraq siyasiləşməyə başlayır.

Delina Ficonun keçmiş sevgilisi Edvin Ramaya qarşı şantajları haradan və hansı səbəblərdən qaynaqlanıb?

1991-ci ildən başlayaraq, o həmyaşıdı və Sorosun yetişdirməsi olan cavan albaniyalı siyasətçi Edvin Rama ilə gorüşməyə başlayır və bu münasibətlər 1997-ci ilə qədər davam edir. Etimallara görə 1997-ci ildə Edvin Ramaya (2002-ci ldə adı qısaldaraq Edi Ramaya çevriləcək) sui-qəsd törədildikdən sonra Delina Fico onunla münasibətlərini dayandırır.

Lakin sonralar, Edi Rama vəzifəyə gələndə, Delina Fico cavan vaxtlarında Rama ilə çəkdirdiyi çılpaq şəkillərini paylaşması şantajı ilə yeni sevglisi üçün vəzifə tələb edir və buna nail olur. Yəni bu xanımın şantaj və təxribatlarla dolu fəaliyyəti hələ onun 2011-ci ildə ölkəmizdə layihəyə rəhbərlik etməyə başlayandan da əvvəllər olub. Bəs görəsən Edi Ramanın siyasi yüksəlişi nə vaxt baş verir? Əlbəttə ki, 2013-cü ildə, yenə də Obamanın dövründə və yenə də Sorosun dəstəyi ilə. Özü də burada hətta Sorosun oğlu Aleksandr Soros da gündəmə gəlməyə başlayır (Fotoda).

Soros və Ermənistan reallığı...

Sorosun fəaliyyəti nəticəsində Ermənistanda baş verənlər isə necə deyərlər gözümüzün qabağında cərəyan edib və ölkə başçımız, Prezident İlham Əliyev bununla bağlı belə bir bəyanat vermişdir ki, “ Hazırda Ermənistanda söz sahibi Corc Sorosdur...”

https://apa.az/ru/nagornyj_karabakh/Ilham-Aliev:-Segodnya-pravo-golosa-v-Armenii-prinadlezhit-Sorosu-423563

Yəni bu gün Ermənistandakı hərbi-siyasi böhran kələfinin bir ucunun birbaşa Soros siyasətinə söykənməsi faktdır və əlbəttə ki, həmin ölkədəki vəziyyət də bu reallığı diktə edir.

Şübhəsiz ki, Delina Fico şantaj vasitəsi kimi yalnız şəkilləri deyil, həm də Sorosun maliyyə dəstəyini istifadə edir

Qayıdaq Delina Ficonun şantaj əməllərinə. Edi Rama ilə münasibətlərə son qoyduqdan sonra Delina Fico Bledi Çuçi adlı bir şəxslə münasibətlər qurur. Və yuxarıda qeyd etdiyimiz kimi, Edi Rama Albaniyada Sorosun dəstəyi ilə vəzifəyə gələn kimi Delina Fico ondan özünün yeni sevglisi üçün vəzifə tələb edir.

Tələblərini “bərkitmək” üçün o Kosovada tanış olduğu Serbiyanın “Fokus” jurnalının nümayəndəsi Banja Luka vasitəsi ilə 2006-cı ildə həmin jurnalda özünün Edi Rama ilə bir sıra lüt şəkillərini xəbərdarlıq kimi çap etdirir. Amma həmin ifşaedici məlumatların ardı gəlmir...

Lakin növbəti, yəni 2007-ci ldə Bledi Çuçi Edi Ramanı Soros tərəfindən maliyyələşən Sosialist partiyasına əvvələr heç bir aidiyyəti olmadığına baxmayaraq, məhz həmin partiyadan əvvəl parlament üzvü olur.

Şübhəsiz ki, Delina Fico şantaj vasitəsi kimi yalnız şəkilləri deyil, həm də Sorosun maliyyə dəstəyini istifadə edir və USAİD-dən yenə də tanıdığımız Şərq-Qərb İdarəetmə İnstitutu vasitəsi ilə Albaniyaya “Hamı üçün ədalət” adlı layihəyə 8,8 milyon ABŞ dolları məbləğində vəsait ayırdır. Həmin vəsaitin xərclənməsinə dair məhz ABŞ-da Respublikaçılar hakimiyyətə gəldikdən sonra ciddi yoxlamalar başlayır və vəsaitləri layihədə nəzərdə tutulandan fərqli məqsədlərə istifadə edildiyi aşkar olunur (!)

Yoxlamalar, həmçinin Şərq Qərb İdarəetmə İnstitutunun USAİD-in maliyyə dəstəyi ilə Makedoniyada yenə də Sorosun Şərq-Qərb İdarəetmə institutu tərəfindən icra olunan 9 milyon ABŞ dolları məbləğində layihələri də əhatə edir və bütün bu layihələrə məhz artıq yaxşı tanıdığımız Delina Fico rəhbərlik edir!

Yeri gəlmişkən, bu layihələr və ümumilikdə ŞQİİ destruktiv fəaliyyəti haqqında Rusiya mətbuatı da ətraflı yazıb (linklər aşağıda):

https://russian.rt.com/world/article/439815-vechnyi-partnyor-ssha-cherez-nko-svyazannye-s

https://riafan.ru/1120911-obzor-deyatelnosti-fonda-sorosa

Delino Ficonun avropalılara tövsiyələri – potensial etnik-arası münaqişələr, zorakı ekstremizm və artan miqrasiya səviyyəsi

Delina Fico özünün şantajetmə potensialını Albaniyanın Avropa İttifaqı ilə münasibətlərində belə tətbiq etməkdən çəkinmir. Aşağıda verdiyimiz yazışmada Delina Fico digər avropalılarla belə danışmağı təklif edir:

“Siz bilirsiz ki, biz insanlarla onlar başa düşən dildə danışmalıyıq. Və Qərbi Balkan ölkələrinə gəldikdə əksər xarici diplomatların başa düşdüyü dil çox sadədir: Rusiya təsiri, potensial etnik-arası münaqişələr, zorakı ekstremizm və artan miqrasiya səviyyəsi...”

Yəni bu xanım istədiyi məqsədlərə çatmaqdan ötrü ən çirkin vasitələrə o cümlədən təxribatlara belə əl atır və eyni metodlardan Azərbaycanda da hələ də istifadə edir. Bütün bunlarla Soros bir daha sübut edir ki, o özünə lazım olan adamları həm maliyyə dəstəyi, həm digər vasitələrlə (şantaj, təhdid, qarayaxma və sair) istənilən ölkədə hakimiyyətə gətirə bilər. ABŞ-da keçirilən son seçkilər də əslində, buna bir nümunə oldu və məhz Sorosun dəstəklədiyi demokratlar hakimiyyətə gəldilər və indi də vəzifələrə bilavasitə Sorosla bağlı şəxsləri təyin etməkdə davam edirlər. Bu da dünyaya yaxşı heç nə vəd etmir. Blinkenin yuxarıdakı bəyanatı isə buna təsdiqdir.

Yeri gəlmişkən, son sorğulara görə qarşıdan gələn aprel ayında Albaniyada keçiriləcək seçkilrədə Sorosun dəstəklədiyi Sosialist Partiyasının şansları ciddi şəkildə azalmışdır. Deyəsən, Albaniya xalqı da artıq bu fırıldaqçıdan yorulub.

Delina Fico Sorosun dəstəklədiyi Bayden hakimiyyətə gələn kimi bizim ölkəmizdə də hücuma keçmək qərarına gəlir

Şübhə yoxdur ki, başqa ölkələrdə əldə etdiyi uğurlardan fərəhlənən Delina Fico Sorosun dəstəklədiyi Bayden hakimiyyətə gələn kimi bizim ölkəmizdə də hücuma keçmək qərarına gəlir və 15 noyabr 2020-ci il tarixinə, bazar günü, özünün Bakıdakı etibarlı adamı vasitəsi ilə (ətraflı sonra ) SEDA-nın Bakıda yerləşən ofisinə özəl mühafizə yerləşdirərək ofisin yerli rəhbərliyini heç bir xəbərdarlıq etmədən sadəcə e-mail vasitəsi ilə vəzifədən uzaqlaşdırır.

Ümumiyyətlə, ofisə hər hansı bir Azərbaycan vətəndaşının girişinə qadağan qoyulur və yalnız ölkədə turist vizası ilə olan, ancaq faktiki olaraq əmək fəaliyyəti ilə məşğul olan qırğız vətəndaşına ofisə daxil omaq icazəsi verilir. Digər əməkdaşlardan isə tələb olunur ki, ofisə gəlmək istədikləri halda, məhz Delina Ficoya mesaj yazıb icazə alsınlar. Əlbəttə ki, xarici ölkə vətəndaşının bizim ölkədə bizim vətəndaşlarla belə davranması yolverilməzdir, özbaşınalıq, və rəzalətdir! Yəgin ki, hüquq-mühafizə orqanları, bu məsələni araşdırıb və həmin mühafizənin hansı əsaslara ofisə yerləşdirildiyini müəyyənləşdirəcəklər.

Delina Ficonun işdən çıxardığı şəxslər arasında Vətən müharibəsində ağır zədələnmiş xadiməçi qadının oğlu da var!

Nəticədə belə bir aşağılayıcı münasibəti qəbul edə bilməyən 5 nəfər əməkdaş dərhal ərizəsini yazaraq işdən çıxır. Delina Fico isə buna cavab olaraq əvvəlki rəhbərliyin işə götürdüyü daha üç nəfəri işdən uzaqlaşdırır. Ən dəhşətlisi odur ki, işdən çıxarılanlar arasında xadiməçi də var. O isə tənha qadındır və oğlu Vətən müharibəsində hər iki ayağından zədə alaraq hələ də hərəkətsizdir. Əslində isə bu, birbaşa Azərbaycan xalqına qarşı olan hörmətsizlikdir. Lakin o da artıq sirr deyildi ki, Delina Fico illər boyu xalqımıza, ölkəmizə hörmətsizliyini gizlətmirdi. O, dəfələrə ofisdə yerli işçiləri təhqir etməyə cəhd edirdi, amma layiqli cavab alanda özünü yığışdırırdı. Məsələn işçilərin iş vaxtı namaz qıldığını görəndə, qəzəblənib, onlara əmək haqqının iş vaxtı namaz qılmalarına görə verilmədiyini bəyan edirdi. Onun hərəkətləri barədə dəfərlərlə ŞQİİ prezidentinə rəsmi qaydada müraciət olunduğuna baxmayaraq, həmin şəxs bu xanımla bacara bilmədiyini və onun təşkilat üçün son dərəcə əhəmiyyətli olduğunu bəyan edirdi. Aydın məsələdir: təşkilat Sorosun, Delina da onun dostu.

Delina Fico həyasızlığı: “Unutmayın! Azərbaycan hökuməti pulu verib USAİD-ə, USAİD də onu verib mənə (!). Mən necə və hara istəyirəm elə də xərcləyirəm... (!)”

Əldə etdiyimiz məlumatlara görə, Delina Fico heç SEDA layihəsinin donoru olan USAİD-in əməkdaşlarını da saya almırdı və onların da üstünə qışqırıb-bağırırdı. Ondan hər hansı bir məsələ tələb olunanda isə bircə cavabı var idi. SİTAT: “Unutmayın! Azərbaycan hökuməti pulu verib USAİD-ə, USAİD də onu verib mənə (!). Mən necə və hara istəyirəm elə də xərcləyirəm... (!)”

Onun təzyiqlərinə və davranışına dözməyən SEDA layihəsinin ilk rəhbəri olan ABŞ vətəndaşı 2018-ci ildə layihədən çıxmalı olur. Bundan sonra İqtisadiyyat Nazirliyi vəsaitlərə qənaət etməkdən ötrü ŞQİİ və USAİD-ə yerli vətəndaşın layihə rəhbəri təyin olmasını təklif edir. ŞQİİ-nin Nyu-York ofisində bu məsələ müzakirə edilərkən Delina Fico əsəblərini cilovlaya bilmir. O qorxur ki, belə təqdirdə, yəni Azərbaycan vətəndaşının yerdə layihəyə rəhbərlik etdiyi halda, o layihədə etdiyi özbaşınalıqları davam etdirməkdə çətinlik çəkəcəkdir. Beləliklə, müzakirə vaxtı o, qəzəblənərək o deyir. SİTAT: “ ... Bu, yalnız mənin meyitim üzərindən baş verə bilər (over my dead body)...”.

Hər ay təxminən 12 min ABŞ (!) dolları məbləğində əməkhaqqı alır!

Lakin təşkilatın rəhbəri buna cavab olaraq bildirir ki, hazırda Respublikaçıların hakimiyyəti dövründə yaşayırıq və bizim Azərbaycanda bir o qədər dəstəyimiz yoxdur. Hələlik, bu təklifi qəbul edək. Narahat olma, revanş almaq imkanımız olacaq...Və həmin imkan məhz Bayden Prezident seçiləndən sonra yaranır və ŞQİİ bundan dərhal və kobudcasına istifadə edir...

Bundan əlavə, Delina Fico davranışlarına dözməyərək ŞQİİ hətta baş ofisin bir neçə əməkdaşı ərizə yazıb başqa yerlərə üz tuturlar...

Ümumiyyətlə, ŞQİİ-nin əməkdaşları Tramp administrasiyasına və şəxsən Trampa olan nifrətlərini gizlətmirdilər. ŞQİİ-nin “xüsusi tapşırıqlar” üzrə bir əməkdaşı (ətraflı növbəti materialımızda) ümumiyyətlə, hər görüşdə hətta Trampın öldürülməsi haqqında çəkinmədən danışır, ətrafında olan digər ABŞ vətəndaşlarının canına vəlvələ salırdı.

Və təsəvvür edin ki, bu adam, yəni Delina Fico, əslində layihə çərçivəsində faktiki olaraq heç bir əməli fəaliyyət göstərmədən, layihə üçün yalnız başağrısı və problemlər yaratmaqla məşğul olaraq, hər ay təxminən 12 min ABŞ (!) dolları məbləğində əməkhaqqı alır (?!) Kobud desək, evdə otura otura. Layihənin davam etdyi 10 il ərzində isə bu təxminən 1,5 milyon ABŞ dolları edir (!). Deməli əvvəlki yazılarımızda qeyd etdiyimiz ŞQİİ-nin SEDA layihəsindən əldə etdyi 6 milyon ABŞ dolları məbləğində gəlirdən əlavə, bu xanım təkçə özü üçün, heç bir faydalı fəaliyyət göstərmədən ölkəmiz hesabına 1,5 milyon dollar gazanır və hələ Azərbaycandan zəhləsi getdiyini dəfələrlə bəyan edir. Hələ kəndlilərimizdən qanunsuz olaraq topladığı 1,459,326 ABŞ dolları demirik…

Müvafiq dövlət qurumları tərəfindən hansı addımların atacağını ehtimal etmək olar?

Şübhəsiz ki, bu xanımın və bütövlükdə ŞQİİ-nin əməlləri cəzasız qalmamalıdır. Bu zaman hansı addımların atılmasını gözləmək olar? Misal üçün, Maliyyə Nazirliyi dərhal ŞQİİ-nan dövlət büdcəsindən layihənin icrasına ayrılan 7 milyon ABŞ dollarının hesabatını tələb etməlidir. Özü də nəzərə alsaq ki, bu dəqiqə ölkəyə azad olunmuş ərazilərdə bərpa işlərinə külli miqdarda vəsait lazımdır, həmin vəsaitlərin geri çağırılmasının heç bir ziyanı olmayacaq.

Ədliyə Nazirliyi dərhal ŞQİİ-nin qanunsuz, yəni qeydiyyata alınmadan fəaliyyətini dayandırmalıdır. Eyni zamanda, Ədliyyə Nazirliyi ŞQİİ-nun ölkəmizdəki qanunsuz hərəkətlərinə dəstək göstərən yerli hüquq şirkətinin ŞQİİ-la bağlı fəaliyyətlərinə hüquqi qiymət verməlidir.

Daxili İşlər Nazirliyi ŞQİİ-nin Bakıdakı ofisinə mühafizə qüvvələrinin yerləşdirilməsinin qanunuyğunluğunu araşdırmalıdır.

Xarici İşlər Nazirliyi Delina Ficonun vizasını ləğv etməlidir.

Dövlət Miqrasiya Xidməti ölkədə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan ŞQİİ-in Qırğızıstandan olan ekspertinin deportasiya məsələsinə baxmalıdır.

İqtisadiyyat Nazirliyi ŞQİİ-nin hansı əsaslarla ölkədə tender və satınalmalar keçirdiyini araşdırmalıdır.

Fövqəladə Hallar Naziriyi ŞQİİ müvafiq lisenziya olmadan mühəndislik - layihələndirmə işlərinin apardığını hüquqi əsaslarını yoxlamalıdır. Əmək Müfəttişliyi işçilərin pandemiya dövründə heç bir əsas olmadan işdən çıxarılması məsələlərini aydınlaşdırmalıdır.

Vergi Xidməti isə ŞQİİ vergidən yayınma faktlarını araşdırmalı və 10 il ərzində ölkədə fəaliyyət göstərən müddətdə təşkilatın dövlətimizə yarana biləcək borclarını hesablayaraq ödətdirməlidir...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə