SOROS FONDU: Azərbaycana “QAYIDIŞ” planının gizlinləri IV YAZI + ARAŞDIRMA

Yazının əvvəlini aşağıdakı linkdən oxuya bilərsiniz:

https://sia.az/az/news/politics/856893.html

Bu yazının əvvəlində bir daha diqqətinizi bir fakta cəlb etmək istərdik. Belə ki, Corc Sorosla əlaqəli “Şərq-Qərb İdarəetmə İnstitutu” (ŞQİİ) və CNFA təşkilatları iri layihələr qazandıran “Amerika Birləşmiş Ştatlarının hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında “Azərbaycanda Seçilmiş Amerika Hökuməti Yardım Proqramlarının Birgə Maliyyələşdirilməsi üzrə Anlaşma Memorandum”u Azərbaycanla və ABŞ hökumətləri arasında məhz demokrat Barak Obama hakimiyyətə gəldikdən sonra, yəni 7 aprel 2009-cu ildə imzalanmışdır. Yeri gəlmişkən, memoranduma görə 20,7 milyon ABŞ dollarında məbləğin Azərbaycan hökuməti tərəfindən USAİD-ə ayrılmasına dair qərarın lazımi ölkədaxili prosedurlardan surətli keçməsi özü-özlüyündə düşündürücü faktdır. Həmçinin, mövcud məlumatlara əsasən memorandumla nəzərdə tutulan 4 layihədən bugünədək cəmi ikisi icra olunub. Azərbaycanın ümumilikdə 10,5 milyon ABŞ dolları məbləğində töhfə verməli olduğu digər iki layihənin və şübhəsiz ki, vəsaitlərin statusu haqqında hər hansı bir məlumat əldə etmək mümkün olmadı...

Beləliklə, müəmmalı şəkildə Azərbaycanın töhfəsi olan SEDA layihəsini “qazandıqdan” sonra ŞQİİ 2011-ci il noyabr ayından fəaliyyət başlamağa cəhd edir və ilk növbədə o zamanlar ölkəmizdə fəaliyyət göstərən Sorosun “Açıq Cəmiyyət İnstitutu” ilə əməkdaşlığa başlayır.

O vaxtın ABŞ dövlət katibi Hillari Klintonun şəxsi təşəbbüsü ilə Riçard Morningstar ölkəmizə səfir təyin olundu - Sorosun barmağı varmı?

Lakin bu fakt müəyyən dairələrdə narazılıq yaradır və layihənin icrası müəyyən müddətə ləngiyir. Təşkilatın rəsmi fəaliyyətinə icazə verilməməsi (bu günə qədər) təşkilatın fəaliyyətini ümumiyyətlə iflic edir.

Nəhayət, 2012-ci ildə ölkəmizə ABŞ-nı yeni səfiri kimi əvvəllər daha çox özəl sektorda çalışmış, yəni diplomatiya sahəsinə bir o qədərdə təcrübəsi olmayan Riçard Morningstar təşrif buyurur. Bəzi məlumatlara görə Riçard Morningstarın ölkəmizə səfir kimi təyin olunması o vaxtın ABŞ dövlət katibi olan Hillari Klintonun şəxsi təşəbbüsü ilə baş verir. Hətta bildirilirdi ki, Morningstarın həyat yoldaşı Feyt Morningstar H.Klintonla tələbə yoldaşı olubmuşlar. Əslində, H.Klintonun məhz 2012-ci ildə ölkəmizə səfər etməsi müəyyən dərəcədə bu faktların reallığa nə qədər yaxın olması ehtimallarını artırır. Hətta belə demək olar ki, Klintonun Morniqstarın Azərbaycana səfir təyin olunması təşəbbüsü ilə çıxış etməsinin təməlində Circ Sorosun da barmağının olması ehtimalları şübhə doğurmur!

Morningstarın əlindən ABŞ səfirliyində fəaliyyət göstərən diplomatların da əziyyət çəkdikləri məlum olur

Sonralar R.Morningstar özünün qəliz xasiyyəti və bir o qədər də peşəkar olmayan hərəkətləri ilə daha çox yadda qalır. Məsələn yüksək hökumət dairələrində görüşlərdən birində ona bəzi Amerika təşkilatların ölkəmizdəki destruktiv fəaliyyətləri barədə məlumat verildikdə (konkret olaraq NDİ təşkilatının-R.R.) o özündən çıxaraq səsinin tonunu qaldırır və tərəf müqabillərini əsassız ittiham irəli sürməkdə günahlandırır. O deyir SİTAT: “ ... Əgər belə faktlar olsaydı, mən özüm NDİ təşkilatını ölkədən çıxararam....”.

Görüş bitikdən sonra isə ölkə rəsmiləri səfiri yola salanda ona son dərəcə diplomatik qaydada belə davranışın yolverilməz olduğunu bldirirlər. Amma onun çətin xasiyyətindən ABŞ səfirliyində fəaliyyət göstərən diplomatların da əziyyət çəkdikləri məlum olur. Məsələn, səfir onun üçün hazırlanan çıxışları rədd edir, verilən tövsiyələrə və məsləhətlərə məhəl qoymur, iclaslarda digərlərinə qaşı kobud davranır, diplomatik etiketlərə məhəl qoymurmuş.

Xatırladaq ki, məhz 2012-ci ildə əvvəlki məqaləmizdə qeyd etdiyimiz və kobud mövgeyi ilə tanınan Ronald Glass USAİD-in ölkəmizdə nümayəndəliyinə gətirilir və faktiki oranın bütün fəaliyətlərini ələ almağa çalışır. Bir sözlə, Obamanın ikinci prezidentlik müddətində amerikalı demokratlar ölkəmizə təzyiqi artırmaq niyyətlərini daha da artırırlar.

Açıq Cəmiyyət İnstitutu, NDİ və Sülh Korpusu Azərbaycanı niyə və hansı səbəblərə görə tərk etməli oldular?

Lakin bu cəhdlər də boşa çıxır və tam əks-nəticə göstərir. Belə ki, Azərbaycan hökuməti xarici təşkilatların fəaliyyətlərini tənzimləmək üçün 2014-cü lin oktyabrın 1-dən müvafiq qanunvericiliyinə müəyyən dəyişikliklər tətbiq etmək qərarını verir. Nəticədə yeni və şəffaf fəaliyyəti təmin edəcək qaydaları qəbul etmək istəməyən təşkilatlar 2014-cü ilin sonuna qədər ölkəni tərk etməli olurlar. Bura həm NDİ, həm Açıq Cəmiyyət İnstitutu, həm də Sülh Korpusunu aid etmək olar. Yəni bu təşkilatlar fəaliyyət istiqamətlərinin hesabatlarını şəffaf qaydada təqdim edə bilmədikləri üçün, yaxud ölkəmizin daxili siyasi proseslərinə heç bir səlahiyyətləri olmadan qarışdıqları üçün, eləcə də həmin fəaliyyətləri açıq-aşkar olaraq ifşaya məruz qaldığı üçün Azərbaycanı tərk ediblər.

Yeri gəlmişkən, aparılan araşdırmalardan doğan daha bir bir maraglı faktı da diqqətə çatdıraq. Belə ki, məhz 2014-cü ildə Dövlət Departamenti tərəfindən ABŞ-ın Azərbaycandakı səfirliyində yoxlama aparılıb və səfirliyin fəaliyyətində ciddi nöqsanlar aşkar edlib. Və ən çox irad məhz səfirliyin ictimaiyyətlə əlaqələr departamentinin fəaliyyətinə qarşı tutulmuşdu ki, bu da “Amerika dəyərlərinin” düzgün işıqlandırılmaması ilə bağlı ola bilər. Yoxlama nəticələrinə dair hesabatdan sitat “...İctimaiyyətlə Əlaqələr Seksiyası öz fəaliyyətlərini səfirliyin digər bölmələri ilə səmərəli şəkildə əlaqələndirmir...”

Digər üzə çıxan fakta diqqət yetirək: Məlum olub ki, yuxarıda qeyd etdiyimiz QHT-lərin nəzarətə götürüldüyü 2014-cü ildə ŞQİİ-in icra etdiyi SEDA layihəsi üzrə əsas tərəfdaş olan “İqtisadiyat və Sənaye Nazirliyi (nazirliyin 2014-cü il üçün hesabatından sitat) sözügedən layihələrin davam etdirilməsinə birtərəfli qaydada xitam verib. Həmin sitatı xatırladırıq: “...Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) layihəsinin həyata keçirilməsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Prezident Administrasiyasına məktub ünvanlanmışdır…”.

Lakin bu müraciət cavabsız qalmışdır (ətraflı növbəti yazılarımızda), eyni zamanda Ədliyyə Nazirliyinin ŞQİİ qeydiyyata alınması ilə bağlı müraciətinə məhz İqtisadiyat Nazirliyi tərəfindən mənfi rəy daxil olduğu üçün ŞQİİ hazırda da ölkədə qeydiyyata alınmadan yəni faktiki qanunsuz fəaliyyət göstərir.

Qayıdaq ŞQİİ-nin “fəaliyyətlərinə”....

Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, layihənin memorandum üzrə məqsədlərini tam dəyişərək ŞQİİ onun fəaliyyət istiqamətlərini üç hissəyə bölərək başqa fəaliyyətlər həyata keçirməyə cəhd göstərir. Lakin bu cəhdlərin qarşısı alınır və ŞQİİ məhz əsas tərəf müqabili olan İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi çərçivədə fəaliyyət göstərməyə məcbur edilir. Amma, ŞQİİ-u hökumət tərəfindən qeydiyyata alınmamasının yarandığı vəziyyətdən də məharətlə yayınır və hətta sui-istifadə edir və bəhrələnir. Belə ki, ŞQİİ bütün fəaliyyətlərini birbaşa özünün Nyu-York ofisindən həyata keçirir, bütün büdcə resurslarını oradan idarə edir, fəaliyyəti ilə bağlı bütün müqavilələr orda imzalanır və bütün müqavilələrdə “mübahisələrin” məhz Nyu-York məhkəmələrndə baxılması nəzərdə tutulur ki, bu da bütün yerli tərəfdaşları faktiki olaraq bu təşkilatdan tam asılı vəziyyətə salır. Yəni icraçı təşkilatlardan biri vəsaitin köçürülmədiyindən narazılığını bildirdikdə, ona deyilmişdir ki, Nyu-York məhkəməsinə müraciət etsin (əraflı növbəti yazıda). Amma bir sözlə desək, ŞQİİ qeydiyyata alınmadığına görə, Azərbaycan vətəndaşlarından bu formada necə deyərlər, “acığını” çıxır, özü də buna görə heç bir məsuliyyət daşımır! Üstəlik, layihənin bilavasitə ABŞ-dan idarə olunması vergidən yayınmalar üçün şərait yaradır və bunun üçün nəzərdə tutulan vəsaitlərin mənimsənilməsinə şərait yaradır. Məsələn ŞQİİ bütün işçiləri fərdi sahibkar kimi işə götürür və nəticədə sosial ayırmalardan boyun qaçırır. Halbuki, ŞQİİ rahatlıqla yerli partnyor təşkilat taparaq onun vasitəsi ilə bütün fəaliyyətlərini qanun çərçivəsində idarə edə bilərdi. Aydın məsələdir, bu kimi “fərqli” niyyətləri olan ŞQİİ üçün məqbul variant sayıla bilməz.

Delino Ficonın Azərbaycana qarşı blefi niyə alınmadı?

Burda digər bir maraqlı faktı qeyd etmək istərdik. Delina Fico layihənin yalnız birinci komponenti, yəni Azərbaycan hökumətini qane edən fəaliyyətin qalmasından çox narazı idi. Və 2018-ci ildə layihənin növbəti dəfə uzadılması məsələsi gündəmə gələndə Delina Fico həm USAİD-in həmdə hökumətin qarşısında müxtəlif şərtlər goymağa çalışırdı. Onun əsas tələbi mütləq halda hər hansı bir “ictimai” fəaliyyətlərin layihəyə daxil edilməsi idi. Delina Fico tərəfdaşları hətta layihənin bağlanması ilə hədələyirdi. Lakin blef alınmadı və onun şərtləri qəbul edilmədi. Lakin bütün sorosçular kimi pulun aliliyini rəhbər tutaraq Delina Fico və ŞQİİ layihənin davamına qərar verdi.

Amma ŞQİİ layihə çərçivəsində törətdiyi ən böyük fırıldaq bütün digər fırıldaqları kölgədə goyur. Yuxarıda və əvvəlki məqalələrdə qeyd etdiyimiz kimi, ŞQİİ layihənin 3 komponent olmasına baxmayaraq tərəfdaş dövlət qurumların nəzarəti altında yalnız birinci komponent üzrə fəaliyyət göstərirdi.

“Şərq-Qərb İdarəetmə İnstitutu”nun bitib-tükənməyən fırıldaqları

Fırıldaq nədən ibarət idi? Delina Ficonun əleyhdarı olan layihənin birinci komponenti üzrə ŞQİİ Azərbaycanın ehtiyacı olan kənd yerlərində kiçik miqyaslı infrastruktur layihələr həyata keçirirdi. Yeri gəlmişkən, 2015-ci ildə müəyyən səbəblərə görə ŞQİİ o cümlədən USAİD-in dəstəyi ilə qəflətən Gəncə, Şirvan, və Hacıqabul şəhərlərində də layihələr icra etdi (ətraflı növbəti yazılarda) və ŞQİİ belə layihələrin icrası üçün müraciət edən kəndlərdən icra olunacaq layihənin ümumi məbləğinin 25% töhfə kimi ödəməklərini tələb edirdi, şərt qoyurdu. Araşdırmamız nəticəsində məlum olub ki, məhz kasıb kəndlilərin topladığı töhfələr hesabına, ŞQİİ layihə üzrə öz öhdəliklərini yerinə yetirirmiş. Belə ki USAD ilə ŞQİİ arasında layihə üzrə imzalanmış müqaviləyə əsasən SİTAT: “ ...”İcraçı” (yəni ŞQİİ-R.R.) programın icra olunmasına 1,459,326 ABŞ dolları məbləğindən az olmayan həcmdə vəsaiti proqramın icrasına töhfə verməyi öz üzərinə götürür...” .

Deməli, layihədən NİCRA (əvvəlki yazılarda bax-R.R.) çərçivəsində əldə etdiyi ən azı 6 milyon ABŞ dolları məbləğində gəlirdən əlavə, ŞQİİ kəndliləri aldadaraq onlardan topladığı töhfələri də öz töhfəsi əvəzinə qələmə verirmiş. Əlbəttə ki, bu rəzalətdir!

Və yəqin bu məlumatlar üzə çıxandan sonra əvvəllər töhfə vermiş kəndlər öz töhfələrini geri istəməlidir, hazırda isə onlardan töhfə tələb olunan kəndlər həmin töhfələri verməkdən imtina etməlidirlər.

Qanunsuz keçirilən tenderlər komissiyasının sədri kim olsa yaxşıdır? Yenə də sorosçu Delina Fico!

Amma ŞQİİ özbaşınalıqları bunlarla bitmir. Məsələn ŞQİİ külli vəsaitlər müqabilində ölkəyə mütəmadi olaraq xarici vətəndaşları ekspert qismində dəvət edir və onlar Azərbaycanda turist vizaları əsasında daxil olurlar, fəaliyyətlərini də həmin statusda aparırlar və faktiki olaraq əmək qanunvericiliyini pozurlar. Bundan əlavə, həmin şəxslər burada faktiki əmək fəaliyyətləri ilə məşğul olmalarını rəsmi bəyan etməməklə əmək fəaliyyəti üçün icazələr üzrə nəzərdə tutulmuş rüsumları ödəmir, bu da büdcənin “itirilmiş gəlirlərinə” aid edilə bilər.

Həmin şəxslər 3 aydan bir ölkəni ya Rusiya, ya da Gürcüstan istiqamətindən tərk edib yenidən ölkəyə daxil olurlar. Şübhəsiz ki, həm bu ekspertlərə həm də onların viza macəralarına xərclənən vəsaitləri daha da səmərəli istifadə etmək olardı. Amma görünür ki, həmin şəxslərin ölkəyə gətirilməsində gerçək məqsədlər iddia olunanlardan fərqlidir, yəni daha dəqiq desək, qaranlıqdır!

Belə ki, hazırda ölkəmizdə bütün sahələr üzrə son dərəcə savadlı kadrlar mövcuddur və xaricdən bu sayda bahalı “ekspert” gətirməyə lüzum yoxdur. Hazırda da ölkədə bu “əsaslarla” fəaliyyət göstərən ekspertlər vardır (ətraflı növbəti yazıda).

ŞQİİ-nin digər qanunsuz fəaliyyəti özbaşına olaraq tenderlər keçirilməsidir. Maraqlıdır, qeydiyyatda olmayan bu qurum hansı əsaslarla ölkədə tenderlər keçirir? Əslində tender komissiyasının sədrinin artıq yaxşı tanıdığımız Delina Ficonun olması artıq özü-özüyündə bu sualın cavabını bütün çılpqalığı ilə göstərir!

Mühüm qeyd: Azərbaycan Respublikasının 11 fevral 1997-ci il tarixli 247-IQ saylı Tenderlər Haqqında Qanunun 1-ci maddəsinə əsasən : “tender keçirən” — Azərbaycan Respublikası adından və ya öz adından tender hazırlayan, elan edən, keçirən və nəticəsi üzrə müəyyən öhdəlikləri yerinə yetirən, yaxud bunları (tenderin nəticəsi üzrə öhdəliklər götürərək icra etməkdən başqa) müqavilə əsasında hər hansı bir icraçıya həvalə edən hüquqi şəxsdir.”

Yəni ŞQİİ ölkədə hüquqi şəxs kimi qeydiyyatdan keçmədən ümumiyyətlə hər hansı bir tender keçirə bilməz. Tenderin keçirilməsi prosedurları isə ümumiyyətlə qanunun bir çox maddəsini pozur.

Tenderə çıxarılan infrastruktur layihələri isə ŞQİİ mühəndislik fəaliyyətinə rəsmi icazəsi-lisenziyası olmayan mühəndisləri tərəfindən hazırlanır ki, bu da bir başqa qanun pozuntusudur. Üstəlik, qeyri-peşəkar hazırlanmış mürəkkəb layihələrin icrası təhlükəsizlik baxımından da böyük suallar yaradır. Və layihənin icrası müddətində bununla bağlı bir sıra ciddi problemlər yaranmış və hətta USAİD bir müddət ŞQİİ layihələrin icrasını dayandırmağı tapşırmışdır (ətraflı növbəti yazımızda). Ümid edək ki, artıq Fövqəladə Hallar Nazirliyi də ŞQİİ-nin lisenziya almadan mühəndislik işlərin aparılması məsələsini araşdıracaqdır.

Hətta yeni koronavirusa pandemiyası belə, ŞQİİ və Delina Fico nun maddiyyat qazanmaları yönündəki qanuszusluq azğınlıqlarına son qoymadı. Onlar hətta bu vəziyyətdən də öz qurama “kreativlikləri” sayəsində faydalanmağa macal tapdılar və şübhəsiz ki, bütün tədbirlər həmişəki kimi sırf gəlir əldə etməyə yönəlmişdir. Pandemiyanı bəhanə gətirərək ŞQİİ birinci növbədə bu il ərzində icra etməli layihələrin sayını 36-dan 30-a endirərək ən azı 120,000 ABŞ dolları məbləğində vəsaitə qənaət edib, kobud ifadə etsək, həmin məbləği həzm-rabeəsindən keçirib…

(Ardı var)

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə