Ukrayna sülhə nail olmaq üçün ABŞ-ın yeni prezident administrasiyası ilə işləməyə hazırdır. Bu, istifadə edilməli olan bir fürsətdir. SİA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində deyib. Ukrayna dövlətinin başçısı Trampın güclü insan olduğunu vurğulayıb. Zelenski, Amerikanın yeni prezidentinə və bütün Amerikaya uğurlar arzulayıb: "Ukraynalılar həqiqi sülhə nail olmaq üçün amerikalılarla birlikdə işləməyə hazırdırlar. Prezident Trampı və Amerika xalqını Birləşmiş Ştatların 47-ci prezidentinin andiçmə mərasimi münasibətilə təbrik edirəm. Bu gün dəyişiklik günü olmaqla yanaşı, bir çox problemin, o cümlədən qlobal çağırışların həllinə ümid günüdür".
Bütün xəbərlər Facebook səhifəmizdə