ABŞ-ın fürsətlər ölkəsi olmasını və hamı üçün “xoş gəlmisiniz” deməsini arzulayıram. SİA xəbər verir ki, bu fikirlər Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin ABŞ-ın 47-ci prezidenti Donald Trampın andiçmə mərasimi münasibətilə ünvanlandığı məktubda yer alıb.
“Ümid edirəm ki, onun rəhbərliyi ilə Amerika xalqı nifrət, ayrı-seçkilik və təcridə yer olmayan daha ədalətli cəmiyyət qurmaq üçün səy göstərəcək. ABŞ-ın yeni prezidentinə yüksək funksiyalarını yerinə yetirməkdə müdriklik, güc və qüvvət arzu edirəm. Ümidvaram ki, onun rəhbərliyi altında ABŞ çiçəklənəcək. Tanrı ona xalqlar arasında sülh və barışığı təşviq etmək səylərində istiqamət göstərsin”, - deyə pontifik qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə