Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, ölkəmizin müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə güllər düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə