Azərbaycanın Düşənbədəki səfirliyi 20 Yanvar qurbanlarının xatirəsinə anım mərasimi keçirib
Azərbaycanın Tacikistandakı səfirliyi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım mərasimi və mətbuat konfransı keçirib. Səfirlikdən SİA-ya bildirilib ki, tədbir iştirakçıları şəhidlərin xatirəsini yad ediblər.
Tədbir zamanı səfir Əlimirzamin Əsgərov iştirakçılara 1990-cı il yanvarın 20-də baş vermiş faciəvi hadisələr barədə məlumat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə