20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev və şəxsi heyəti Şəhidlər Xiyabanını ziyarət ediblər. SİA xəbər verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının müqəddəs xatirəsi dərin ehtiramla yad edilib, məzarlarına qərənfillər düzülüb.
Xidmət adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə