Serbiya ordusu Balkan regionunun ən güclü ordusudur. SİA xəbər verir ki, mərkəzi ofisi ABŞ-da yerləşən “Global Fire Power” təşkilatının məlumatına görə, Serbiya ordusu dünyanın ən güclü orduları siyahısında gücünə görə 63-cü sırada qərarlaşıb.
Hərbi neytrallığı ilə tanınan Serbiya müdafiə sahəsinə ən çox investisiya yatıran region ölkəsidir. Son on ildə Serbiya həm yeni silah sistemləri almaqla, həm də şəxsi heyətə sərmayə yatırmaqla hərbi xərclərini əhəmiyyətli dərəcədə artırıb. Buna görə də, region ölkələri ilə müqayisədə irəliləyişə nail olub. ölkə 2024-cü ildə hərbi büdcənin 37,9 faizini məhz investisiyalara yönəldilib və hazırda 12 yeni müasir avadanlıq almaq prosesindədir. Serbiya ordusu əvvəlki illərlə müqayisədə üç dəfə güclüdür.
“Global Fire Power”in təqdim etdiyi siyahıda ABŞ ordusu birinci yerdədir, il onluqda müvafiq olaraq Rusiya, Çin, Hindistan, Koreya Respublikası, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə və İtaliya qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə