Senat Marko Rubionu dövlət katibi vəzifəsinə təsdiqləyib

ABŞ Senatı Marko Rubionu dövlət katibi vəzifəsinə təsdiqləyib. SİA-nın məlumatına görə, səsvermə Donald Trampın prezident kimi and içməsindən bir neçə saat sonra keçirilib. Səsvermə zamanı 99 yekdil səslə Marko Rubio yeni administrasiyanın Nazirlər Kabinetinin ilk yüksək səviyyəli rəsmisi olub.

Marko Rubio 2011-ci ildən Respublikaçılar Partiyasının Florida ştatından olan senatoru kimi fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə