“Kəpəz” - “Turan Tovuz” qarşılaşması 5:2 hesablı qələbə ilə başa çatıb

Azərbaycan Premyer Liqasının XIX turunun “Kəpəz” - “Turan Tovuz” qarşılaşması Gəncə klubunun 5:2 hesablı qələbəsi ilə başa çatıb. SİA xəbər verir ki, qonaq komanda tarixidə ilk dəfə Premyer Liqa matçında 4-dən çox top buraxıb.

“Kəpəz” 11 il 8 aydan sonra bir matçda 5 və ya daha çox qol vurub. Gəncəlilər sonuncu dəfə 2013-cü il mayın 13-də “Turan”la səfərdəki qarşılaşmada belə məhsuldar olub – 5:3.

“Kəpəz”in ev matçında 5 və ya daha çox qol vurması isə sonuncu dəfə təxminən 19 il – yəni 18 il 8 ay öncə qeydə alınıb. Gəncə təmsilçisi 2006-cı il mayın 29-da MOİK-i 5:3 hesabı ilə məğlub edib.

Qeyd edək ki, 7 qolun vurulduğu görüş həm də mövsümün ən məhsuldar qarşılaşması adına şərik olub. Oktyabrın 4-də “Kəpəz” – “Neftçi” matçında da eyni sayda qol vurulub – 4:3.

Bütün xəbərlər Facebook səhifəmizdə