Maqdeburqda fəaliyyət göstərən Azərbaycan Evində 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbiri keçirilib - FOTOLAR
Almaniyanin Maqdeburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evində 20 Yanvar faciəsi ilə əlaqədar anim tədbiri keçirilib. SİA xəbər verir ki, anım tədbirində əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirin birinci hissəsində Azərbaycan Evinin həftəsonu məktəbinin şagirdlərinə 20 Yanvar faciəsi haqqında məlumat verilib.
Sonra tədbir Maqdeburq şəhərində və ətrafında yaşayan həmvətənlərimizin və əcnəbilərin iştirakı ilə davam edib. Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, Heydər Əliyev adına Dünya Boks Komitəsinin və Diaspora Boks Liqasının rəhbəri Yaşar Niftəliyev anım tədbirində çıxış edərək iştirakçılara 20 Yanvar faciəsi haqqında məlumat verib. Xalqımızın müstəqillik mübarizəsində mühüm dönüş nöqtəsi olan bu hadisənin Azərbaycan tarixinə həm faciə, həm də qəhrəmanlıq dastanı kimi yazıldığı qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə