Prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş Prokurorluğun rəhbərliyi və kollektivi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Prokurorluq əməkdaşları şəhidlərin məzarları üzərinə gül dəstələri qoyub, Azərbaycanın azadlığı uğrunda həlak olanların xatirəsini hörmət və ehtiramla yad edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB