Dövlət Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və Xidmətin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə SİA-ya qurumdan məlumat verilib.

Bildirilib ki, Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının müqəddəs xatirəsi ehtiramla yad edilib, məzarlarına qərənfillər düzülüb.

Sonra “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Allah şəhidlərimizə rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə