Kişi və qadınlar arasında nüfuzlu "Grand Swiss" turnirinin keçiriləcəyi ölkə müəyyənləşib. SİA xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) mətbuat xidməti məlumat yayıb.
Yarış sentyabrın 3-15-i aralığında Özbəkistanın Səmərqənd şəhərində təşkil olunacaq.
Qadınlar və kişilərin mübarizəsində ilk 2 yeri tutanlar 2026-cı ildə baş tutacaq İddiaçılar Turnirinə birbaşa vəsiqə qazanacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə