USAİD korrupsiya ilə mübarizəni, korrupsiyanı təşviq etməklə aparırmış! SENSASİON İFŞA+RƏZALƏT!

“Korrupsiya ABŞ-ın milli təhlükəsizliyi və ümumilikdə demokratiya üçün təhlükə yaradır, korrupsiya ilə mübarizə bizim hökumətin əsas prioriteti olacaq”. Bu sözləri Co Bayden saxta seçkilər vasitəsi ilə hakimiyyətə gəldikdən sonra “Korrupsiya ilə mübarizə üzrə Memorandumu” imzalayaraq demişdi. Görünür, özü kimi zəif (istər fiziki, istər anlaqlılıq cəhətdən) bir siyasətçinin hakimiyyətə gətirilməsində korrupsiyanın nə dərəcədə böyük rol oynadığını və nə dərəcədə yüksək səviyyədə olduğunu başa düşdüyü üçün onunla mübarizəni prioritet elan etdi. Bəlkə də Bayden fikirləşir ki, korrupsiya ilə mübarizəni əsas vəzifə elan edərkən, o özünü daha çox düşünüb, yəni korrupsiya vasitəsi ilə onu kimsə hakimiyyətdən uzaqlaşdıra bilməsin.

Onu da qeyd edək ki, memorandum korrupsiya ilə mübarizə üzrə bir çox sahələri əhatə edir. Məsələn memorandumda deyilir ki, ABŞ-ın dövlət büdcəsindən aparılan bütün ölkədaxili və ölkəxarici qanunsuz maliyyələşməyə son qoyulmalıdır. Beləliklə, ABŞ özü xaricdə çoxsaylı qanunsuz maliyyələşmələrin baş verdiyini etiraf edir. Lakin ABŞ mübarizəni də özünəməxsus qaydada aparır- yeni korrupsiya sxemləri tətbiq etməklə...

Xarici maliyyələşmənin əsas korrupsiya mexanizmi isə şübhəsiz ki, USAİD-dir və bu təşkilat dəfələrlə müxtəlif növ qalmaqalların mərkəzində olaraq ifşa olunub.

“Bu, elə əsl korrupsiyadır və biz bunu maliyyəşdiririk?”. Bu sualı USAİD-in Əfqanistandakı fəaliyyətinə dair hesabatını dinləyən konqresmen Ceyson Çafits (Jason E. Chaffetz) USAİD-in nümayəndəsinə verib. Bu prosesi geniş şəkildə məşhur FOX-NYUS işıqlandırmışdı.

https://www.foxnews.com/politics/slush-fund-usaid-under-fire-for-paying-afghan-other-governments-to-pass-laws

USAİD-in gerçək məqsədləri haqqında nüfuzlu “Los Angesel Times” geniş məqalə yazaraq bu qurumu “dövlət çevrilişləri mühəndisi” adlandırıb.

https://www.latimes.com/world/la-xpm-2013-may-06-la-fg-usaid-troubles-20130507-story.html

14 mart 2017-ci ildə əvvəllər prezidentliyə namizəd olmuş Senator Ted Kruz da daxil olan bir qrup ABŞ senatoru o vaxt dövlət katibi olan Reks Tillersona müraciət edərək Amerika vergi ödəyicilərin USAİD-ə ayrılan vəsaitlərin Corc Sorosa məxsus təşkilatlar vasitəsi ilə digər ölkələrdə siyasi çevrilişlər üçün istifadə edilməsi məsələsini araşdırmağı tələb etmişdi və bu rəsmi müraciətdə Corc Sorosun özünün də etirafına görə əsas “vuran əli” olan və hazırda Azərbaycanda qanunsuz fəaliyyət göstərən “Şərq-Qərb İdarəetmə İnstitutunun” və onun qalmaqallı nümayəndəsi Delina Fico-nun adı xüsusi vurğulanmışdı.

https://www.foxnews.com/politics/gop-senators-ask-tillerson-to-probe-us-funding-of-soros-groups-abroad

https://exit.al/en/2017/03/15/senators-to-secretary-tillerson-investigate-links-of-usaid-and-soros-in-albania/

2006-cı ilin iyun ayında Harvard Universitetinin professorları İlyana Kuzmenko və Erik Verker “Təhlükəsizlik Şurasında yerin qiyməti neçəyədir? BMT-də xarici yardım və rüşvət” (How Much Is a Seat on the Security Council Worth? Foreign Aid and Bribery at the United Nations) adlı məqalədə ABŞ-ın USAİD və digər yardım proqramlarını birbaşa korrupsiya və rüşvət vasitəsi kimi istifadə edərək BMT-nin TŞ-na rotasiya əsasında seçilən qeyri-daimi üzv ölkələrin ABŞ maraqlarına xidmət etmələrinə nail olduqlarını sübut etmişdilər.

https://www.hbs.edu/ris/Publication%20Files/06-029.pdf

Yuxarıda qeyd etdiklərimiz faktlar isə hamısı deyil, sadəcə, bir neçəsidir, əslində isə, artıq USAİD-in əsas məramı heç kim üçün sirr deyil. Axı ABŞ-ın “yumsaq qüvvəsi” olan USAİD məhz o məqsədlə yaradılmışdı ki, ABŞ birbaşa hərbi yolla daxil ola bilməyən ölkələrə məhz “yardım” göstərmək məqsədi ilə daxil olaraq dolların gücü hesabına ABŞ-ı qane etmədiyi hökumətləri devirsinlər.

Əslində, demokratlar heç bunu gizlətmirlər də. Məsələn, ABŞ-ın dövlət katibi və Sorosun yetişdirməsi olan Blinken, hələ ilk çıxışında bəyan etmişdi, SİTAT: “...Biz artıq demokratiyanı bahalı hərbi əməliyyatlar vasitəsilə yürütməyəcəyik... Biz demokratiyanı partnyorlarını mükafatlandırmağla yürüdəcəyik...”

Əlbəttə, bunu artıq bütün ölkələr bilir və bir çoxu bu səbəbdən USAİD-i öz ərazilərindən, sözün əsl mənasında, qovub. Şübhəsiz ki, USAİD-i qovanlar əsasən güclü dövlətlərdir və belə dövlətlərin dollara satılmayan məmurlarıdır.

https://qz.com/203935/countries-are-right-to-ban-usaid/

USAİD-in Azərbaycandakı fəaliyyətlərinə dair də çoxlu suallar həmişə olub. Burada bir neçə məqamı önə çəkmək olaq:

- Ən əsas və başlıcası odur ki, hər yerdə şəffaflıqdan danışan USAİD-in ölkəmizdəki fəaliyyəti tamamilə qeyri-şəffafdır. USAİD-in paylaşdığı məlumatlar sırf təbliğat xarakterli məlumatlardır və necə deyərlər, “gözdən pərdə asmaqdan” ötrüdür. “Pərdənin” arxasında isə nələr baş verdiyini, sadəcə, ehtimal etmək olar, amma artıq bu sahədə də bəzi faktlar üzə çıxıb.

Qeyri-şəffaflığı göstərən fakt odur ki, USAİD-in rəsmi səhifəsində belə onun Azərbaycandakı fəaliyyətlərinə dair hər hansı bir rəsmi hesabat yoxdur. Onun “paylaşdığı” qrantları icra edən heç bir təşkilatın hesabatını görmək olmur. Bu, özü-özlüyündə böyük göstəricidir. Əgər vəsaitlər dürüst və elan olunan məqsədlərə istifadə olunsaydı, belə hesabatların yerləşdirilməsində heç bir problem olmazdı.

- USAİD-lə qrantalanlar haqqında hər hansı bir məlumat tapmaq qeyri-mümkündür. Bu da qrantyeyənlərin qeyri-şəffav yolla seçilməsinə dəlalət edir. Əsas sual da odur ki, necə olur ki, illər boyu USAİD-ən qrantları elə eyni təşkilatlar alır? Ölkədə bu qədər yeni qurum və təşkilatlar olduğu halda. Bütün bunlar korrupsiya mexanizmləri deyilsə, onda nədir? Bəzən isə qrantlar, ümumiyyətlə, heç kim tanımadığı “gecəqondu” təşkilatlara verilir ki, bu isə “klassik” korrupsiya sxemlərindən biridir.

Və nəhayət, USAİD-in Azərbaycanda qeyri-şəffaf fəaliyyətlərinə dair konkret faktlar əldə etmişik. Əldə etdiyimiz faktlara əsasən, yuxarıda adını qeyd etdiyimiz və dəfələrlə yazılarımızda ifşa etdiyimiz Sorosun “Şərq-Qərb İdarəetmə İnstitutu” adlı təşkilatı USAİD-in Azərbaycandakı ofisi ilə öncədən əlbir olmaqla yeni layihələri birlikdə hazırlayır və sonra həmin layihələrin qalibi olur. Aşağıda belə sövdələşməni təsdiq edən e-maili təqdim edirik:

Lakin öncədən onu da qeyd edək ki, bu mesaj hələ 2020-ci ilin avqust ayında USAİD-ə “Şərq-Qərb İdarəetmə Institutu” icra etdiyi SEDA adlı layihə bitdikdən sonda “SEDA- sonrakı ideyalar” adlı layihə sənədini təqdim edir. Mesajı bizim yazılarımızdan yaxşı tanıdığınız “əməkdar” sorosçu Delina Fico göndərib. Mesajdan o da məlum olur ki, USAİD-in yeni layihəsinin hazırlanması üzrə qanunsuz sövdələşmədə birbaşa ŞQİİ-nin rəhbəri Adrian Heyrik də iştirak edib.

Xatırladaq ki, Adrianı ŞQİİ-ni rəhbəridir və Corc Soros hələ 1988-ci ildə bu təşkilatı yaradanda həmin vəzifəyə təyin edilib. Link aşağıda :

https://pitchbook.com/profiles/company/110103-76#board

Nəhayət, mesajın sonunda Delina deyir ki, “sənəd biz danışdığımız qaydada getməyə hazırdır”. Danışılan qayda dedikdə isə çox şübhəsiz, gizli qaydada nəzərdə tutulur ki, başqalarının xəbəri olmasın və sövdələşmə baş tutsun. USAİD-in bu sövdələşmədə olan maraqlarına dair isə arıq heç bir şübhə qalmır!

Xüsusi olaraq isə qeyd etmək istərdik ki, bu mesajda söhbət USAİD-in yeni “İctimai Fəaliyyətə Dəstək” (Social Engagement Support (SES)) adlı layihəsindən gedir. İndi isə xatırladaq ki, rəsmi olaraq USAİD bu layihənin elanını 2021-ci ilin aprel ayında vermişdi və hazırda layihənin “ŞQİİ” adına rəsmiləşdirilməsi gedir.

Bəs görəsən bu faktlar üzə çıxandan sonra USAİD daha nə deyəcək və ya bəhalər irəli sürəcək? Necə olur ki, USAİD-in layihə icraçısı yeni layihəni hazırlayıb konfidensial qaydada USAİD-ə təqdim edir, sonra isə bu qurum həmin layihəni “yeni layihə” adı ilə elan edir və həmin layihəni hazırlayana ayırır. Onda belə sövdələşməyə nə ad qoymaq olar? Hesab edirik ki, ən uyğun ad elə korrupsiyadır! Gözləyək görək USAİD-dəki demokratlar bu vəziyyətdən necə çıxmağa salışacaqlar.

https://sia.az/az/news/politics/869592.html

USAİD-in rəhbərliyinə gətirilən ermənipərəst Samanta Pouerə isə məsləhət verərdik ki, gedib qondarma erməni soyqırımı “qurbanlarının” İrəvandakı “abidəsi” qarşısında baş əyərək artistcəsinə ağlayıb-sızlaması yerinə, gedib fikirləşsin ki, onun rəhbərlik etdiyi təşkilat hansı rüsvayçılıqlarla məşğul olur.

Bəli, Samanta Pauer, əgər ədalət axtarırsa, onu birinci növbədə özündə və rəhbərlik etdiyin qurumda axtar, tarixi isə burax tarixçilərin ixtiyarına!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə