USAİD rəhbərinin qatı ermənipərəst olduğu təsdiqləndi: Bəs Türk dünyasının reaksiyası? ANALİTİK-AKTUAL
Beləliklə, Co Bayden iqtidarı ilə bağlı ən pis ehtimallar özünü doğrultmaqda davam edir. Prezident seçilməkdən öncə söz verdiyi kimi, Bayden ardıcıl olaraq administrasiyasına bir tərəfdən qatı ermənipərəst olan, digər tərəfdən Sorosun məhsulları kimi tanınan şəxsləri gətirir. Əbəs deyil ki, artıq aprelin 15-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsi, vaxtilə Obama administrasiyasında qondarma erməni soyqırımının tanınması üçün səy göstərmiş Samanta Pouerin ABŞ-ın İnkişaf Agentliyinin (USAİD) rəhbəri vəzifəsinə namizədliyini təsdiq edib. Ən maraqlısı isə odur ki, komitə onun namizədliyini yekdilliklə, yəni 22 səslə dəstəkləyibdir. Əslində, bu da təəccüblü deyil, belə ki, Komitə sədri senator Bob Menendezdir. Kimdir Bob Menendez?
Xatırlatma:
Bob Menendez ermənilərin ABŞ-dakı əsas lobbiçilərindən biridir və əlbəttə ki, həm də Demokrat partiyasının üzvüdür...
Qısa arayış:
Senator Menendez 2019-cu ildə ABŞ Senatının qondarma Erməni soyqırımının tanınmasına dair 150 saylı qətnaməsinin təşəbbüskarıdır. (Yeri gəlmişkən, Tramp administrasiyası həmin qətnamənin qəbul edilməsini qəti şəkildə pisləmişdi - red). Daima qondarma Dağlıq Qarabağı dəstəkləmiş, Azadlığa dəstək Aktın 907-düzəlşin dəstəkləyicisidir. O, respublikaçıların Tramp administrasiyasının Azərbaycana 120 milyon ABŞ dolları məbləğində hərbi yardımın ayrılmasını maksimum əngəlləmişdi. Vətən müharibəsi başlayandan sonra Senat tərəfindən Türkiyə və Azərbaycana təhlükəsizlik sahəsində yardımı məhtudlaşdıran 754 və 755 saylı qətnamələrin qəbul olunmasına nail olmuşdur. Və sonuncu dəfə 6 mart 2021 –ci ildə Baydenə xitabən demişdi: “Mən ümid edirəm ki, prezident verdiyi sözə əməl edərək, “erməni soyqırımını” tanıyacaq”.
Ən əsası da, USAİD-in qanunsuz olaraq qondarma “artsax respublikası” ərazisində Azərbaycan hökumətinin icazəsi olmadan fəaliyyət göstərən ABŞ QHT-lərin fəaliyyətlərinin maliyyələşdirilməsini təmin edən qurum kimi tanınır. USAİD-n Dağlıq Qarabağdakı fəaliyyətlərinə dair ətraflı məlumatlarla isə aşağıdakı linklərdə tanış ola bilərsiniz:
Məhz bu danılmaz faktların özü USAİD tərəfindən Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ üzərindəki suverenliyini bilavasitə (!) şübhə altına almağın danılmaz isbatıdır.
İndi isə USAİD rəhbərliyinə ümumiyyətlə, türklərə açıq nifrət bəsləyən, antitürk, yaxud ermənipərəst bir şəxs gətirilib. Yeri gəlmişkən, SİA olaraq, biz Samanta Pouer haqqinda ətraflı məqalələrlə, faktlar və sübutlarla çıxış etmişik.
Bax:
https://sia.az/az/news/politics/856893.html
Amma məsələnin əhəmiyyətini nəzərə alaraq bir daha xatırlatmağı lüzum gördük.
Belə ki, Co Baydenin ən yaxın və etibarlı adamı sayılan, eləcə də, onunla eyni millətin (irland) nümayəndəsi olan bu xanım həm də Sorosun məhsuludur. Onun tərcümeyi-halına baxanda məlum olur ki, məhz Corc Sorosa məxsus Açıq Cəmiyyət İnstitutunun maliyyələşdirdiyi səfərlər hesabına bu xanım anidən “tanınmış jurnalistə” çevrilir.
https://www.politico.com/blogs/media/2013/06/samantha-powers-history-in-journalism-165456
Və nəhayət, bütün fəaliyyəti dövründə Samanta Pouer mütəmadi qaydada qondarma erməni soyqırımı məsələlərini dəstəkləyib. Bu məqamları ehtiva edən faktları isə aşağıdakı linkdə oxuya bilərsiniz:
https://www.nytimes.com/2019/10/29/opinion/turkey-armenian-genocide-congress.html
Lakin o, bununla da kifayətlənməyib və sosial şəbəkələrdə də erməni lobbisinin xidmətində dayanıb və fakt olaraq onun tvitterdəki paylaşımlarını da diqqətinizə çatdırır, eyni zamanda, 17 aprel 2006-cı ildə efirə çıxan “erməni soyqırımı” sənədli filmindəki çıxışını da təqdim edirik. Qərəzli və açıq şəkildə milli, irqi baxışları ortaya çıxaran filmin 41-42-ci və 44-45-ci, 53-cü dəqiqələrində çıxış edən Pouer türkləri alman faşistlərinə bənzədir və digər sərsəm fikirlərini səsləndirir, insanları Türk dünyasına qarşı çıxmağa həvəsləndirir və s.
https://www.imdb.com/title/tt0472044/releaseinfo?ref_=ttfc_ql_2
Beləliklə, bütün bu faktlardan sonra söz yalnız Türkiyədə deyil, həm də Azərbaycandadır. Təsəvvür edin, 12 aprel tarixində Azərbaycan Prezidenti cənab İlham Əliyev Co Bayden administrasiyasının birtərəfli mövqeyini haqlı olaraq tənqid edir və bundan dərhal sonra, yəni 15 aprel tarixində ABŞ administrasiyası aşkar antitürkü, izafi bir ermənpərəsti yüksək vəzifəyə təyin etdirir. Bu zaman istər-istəməz belə bir sual yaranır: Belə bir addımı açıq təhdiddən başqa necə başa düşmək olar?
Müşahidə edilən daha bir diqqətçəkici məqam həm də budur ki, indiki dövrdə administrasiya ilə Konqresin ermənipərəst mövqeləri üst-üstə düşür və bu təhdidlərə mütləq adekvat cavablar verilməlidir. Misal üçün, ilk qərar kimi, Dağlıq Qarabağdakı qondarma və quldur rejimin qanunsuz fəaliyyətlərini dəstəkləyən USAİD və onun maliyyələşdirdiyi ABŞ QHT-lərinin fəaliyyətləri dərhal dondurula bilər. Belə ki, Samanta Pouer kimi bir aşkar ermənipərəsət və antitürkçü şəxsin rəhbərliyi altında USAİD-dən Azərbaycan üçün, həmçinin qardaş Türkiyə hər hansı bir fayda gözləmək ən azından sadəlövhlük olardı...
Rövşən RƏSULOV,
Aydınoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə