...Renault, 1980-ci illərin ralli əfsanəsini elektrik hetçbek 5 Turbo 3E şəklində canlandırmağa hazırlaşır. Qiyməti 181.000 dollar olan avtomobil hələ satışa çıxarılmayıb, lakin alıcılar planlaşdırılan 1980 nüsxənin yarısından çoxunu artıq sifariş ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Autoblog yazır.
Yenilik hazırlığın son mərhələsindədir. Çatdırılmalara başlamazdan əvvəl təhlükəsizlik tələblərinə və texniki standartlara uyğunluğunun rəsmi təsdiqlənməsi olan homologasiyadan keçməlidir.
...Renault 5 Turbo 3E iki elektrik mühərriki ilə təchiz olunmuş arxa təkərli olacaq. İlkin məlumatlara görə, güc 536-dan 555 at gücünə qədər olacaq.
100 km/saat sürətlənmə təxminən üç saniyə çəkəcək və maksimal sürət 270 km/saat-a çatacaq.
İstehsalçı hələlik yekun xüsusiyyətləri təsdiqləməyib. Əlavə seçimləri olan bəzi versiyaların qiyməti 396 min dollardan çox ola bilər.
Eyni zamanda, Renault yalnız 1980 avtomobil istehsal etməyi planlaşdırır - bu rəqəm orijinal Renault 5 Turbo-nun çıxdığı ilə aiddir.
"Bu, çox vacib bir layihədir", - deyə Renault rəhbəri Fransua Provo vurğulayaraq bildirib ki, şirkətin inkişafı güzəştə getmədən başa çatdırması vacibdir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB