SOROS FONDU: Azərbaycana “QAYIDIŞ” planının gizlinləri ARAŞDIRMA+ FAKT

Yaxud, ABŞ-ın dövlət katibi Antoni Binkenin onunla hansı əlaqələri var?

ABŞ-da baş tutmuş prezident seçkilərindən sonra respublikaçı Trampın demokrat Baydenə məğlub olması digər ölkələrlə yanaşı, Azərbaycanda da bir sıra fərqli fikir və mülahizələrə yol açdı. Digər tərəfdən, ümumi dövlətlərarası münasibətləri istisna edərsək, demokratların və respublikaçıların ölkəmizə münasibətləri arasında bir sıra əsaslı fərqlərin olması da, əslində, kimsəyə sirr deyil. Daha dəqiq desək, demokratların senat və konqresdə müvafiq qərarlar verilərkən, daha çox erməni lobbisi ilə münasibətlərə üstünlük vermələri, Cənubi Qafqaz regionundakı siyasi maraqlarını bu xüsusda təmin etmə cəhdlərini nəzərə alarsaq, bu zaman növbəti amillər də ortaya çıxmağa başlayır. Biz, elə də uzağa getməyərək, 907-ci düzəlişi xatırlaya bilərik. 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəliş ətrafında müxtəlif dövrlərdə əks addımlar atılsa da, sonradan edilən müdaxilələr yenidən onun qüvvəyə minməsinə şərait yaratmışdır.

Xatırladaq ki, düzəliş ilk dəfə 1992-ci ildə Azərbaycan tərəfindən Dağlıq Qarabağın "işğalı" və Ermənistana qarşı blokadasını dayandırmaq məqsədilə Senator Con Makkeyn tərəfindən təklif edilmişdir, ancaq daha sonra naməlum səbəblərə görə qeri qaytarılmışdır. Bundan sonra, yenidən, Senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə Konqressmen Ueyn Ouens (Yuta ştatı) tərəfindən Konqresdə irəli sürülmüşdür. Senator Riçard Luqar (İndiana ştatı) düzəlişin qəbul edilməsinin əleyhinə çıxış etsə də, buna baxmayaraq, yenidən erməni lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində konqres tərəfindən qəbul edilmişdir. ABŞ-ın o zamankı vitse-prezidenti Cozef (Bundan sonra Co-R.R.) Bayden düzəlişin qəbulunda fəal rol oynamış və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış etmişdir. Faktlar isə yalnız bu xüsusda deyil və məsələnin digər tərəfi özündə növbəti danılmaz sübutları ehtiva etməkdədir.

Antoni Blinkennin Co Bayden administrasiyasında dövlət katibi təyin olunması barədə fikirlər işıqlandırarkən onun Corc Soros (!) ilə əlaqələri nədənsə qeyd olunmayıb və təkcə bu faktın özü, əslində, bizləri düşünməyə vadar edir

Beləliklə, son günlər ABŞ-ın yeni prezidenti, demokrat Co Bayden xarici siyasəti ilə bağlı mətbuatda müxtəlif fikirlər səslənməkdərir. Lakin bir neçə məqam, xüsusən ölkəmiz üçün mühümlük təşkil edən, əhəmiyyət daşıyan, tam ətraflı məsələlər demək olar ki, əhatə olunmayıb. Məsələn, Antoni Blinkennin Co Bayden administrasiyasında dövlət katibi təyin olunması barədə fikirlər işıqlandırarkən onun Corc Soros (!) ilə əlaqələri nədənsə qeyd olunmayıb və təkcə bu faktın özü, əslində, bizləri düşünməyə vadar edir. Misal üçün suallar yaranır ki, Blinken kimdir və onun karyera yüksəlişində rol oynayan ştrixlər haradan, nə zamandan və kimlərin hesabına reallaşıb? Bu suallara cavab tapmaq üçün araşdırma apardıq və necə deyərlər, şok doğuracaq məlumatları əldə etdik.

Beləliklə, məlum olub ki, Antoni Blinken milliyyətcə macardır, məhz Corc Sorosun da Macarıstan doğumlu olması isə, əslində, təsadüf deyil və bu paralellikdə sıx bağların olması gerçəkliyi əlbəttə ki, nəzərimizdən yayınmayıb.

Məlum olub ki, Antoni Blinkenin atası, Donald Blinken, 1994-1997 ci illərdə ABŞ-ın Macarıstandakı səfiri olmuş, və ikinci həyat yoldaşı Vera Blinkenlə birlikdə Sorosa məxsus Mərkəzi Avropa Universiteti və Açıq Cəmiyyət İnstitutunun inkişafına böyük dəstək göstərmişlər. Yeri gəlmişkən, hazırda ölkəmizdə bir çox vəzifə tutan şəxslərin vaxtilə həmin illərdə məhz Mərkəzi Avropa Universitetini bitirdikləri də məlum olub.

Antoni Binkenin valideynləri Donald və Vera Blinken Corc Sorosun ən yaxın silahdaşları olaraq Macarıstanın baş naziri və ölkəmizin sadiq dostu olan Viktor Orbanı kəskin tənqid edərək, ona qarşı barışmaz müxalifətdə olublar

Daha bir fakt - Antoni Binkenin valideynləri Donald və Vera Blinken Corc Sorosun ən yaxın silahdaşları, dəstəkçiləri, fikir ortaqları olublar və 1994-1998-ci illərdə onlar Macarıstanın Sosialist-Liberal Hökumətini dəstəkləyirdilər. Hətta Macarıstanın baş naziri və ölkəmizin sadiq dostu olan Viktor Orban 1998-ci ildə seçkilərdə qalib gələrkən, Blinken Orban hakimiyyətini kəskin tənqid edənlər, ona qarşı barışmaz müxalifətdə olanlar cinahında yer alıb.

Bu barədə məlumatlar aşağıdakı linkdə təfsilatı ilə təqdim olunub:

https://hungarytoday.hu/press-antony-blinken-secretary-state-biden-us-hungary-orban/

Yeri gəlmişkən, Viktor Orban siyasi karyerası boyunca, daimi olaraq Sorosun fəaliyyətini tənqid etmiş və bəyan etmişdir ki, Corc Sorosun şəbəkələri Avropa üçün ciddi fəsadlar yaratmaq imkanlarına malikdir. SİTAT: “ Avropa Corc Sorosun şəbəkələrinə tabe olmamalıdır”:

https://lenta.ru/news/2020/12/01/soros_evil/

Ümumilikdə götürəndə isə, yuxarıda da qeyd etdiyimiz kimi, Corc Soros həmişə amerikalı demokratlarla müttəfiq olub, onların siyasi və s. maraqlarının təminatı istiqamətində layihələr hazırladaraq kirli siyasi biznesinə alət edib. Misal üçün, müxtəlif hesablamalara görə, Corc Soros Co Baydenin seçki kampaniyasına 70 milyon (!) ABŞ dolları xərcləmişdi və o səbəbdən hazırda ABŞ-ın yeni iqtidar administrasiyasına öz seçilmiş adamlarını yerləşdirməkdə davam edir. Belə desək, bütün bunlar öncədən əldə edilmiş qeyri-rəsmi razılaşmalar əsasında və planlı qaydada hazırlanmış layihənin tərkib hissəsidir. Bu faktla bağlı məlumatları isə növbəti linkdə izləyə bilərsiniz:

https://lockerroom.johnlocke.org/2020/11/13/soros-role-in-the-biden-team/?__cf_chl_jschl_tk__=f99ba9fda33fcfac07deb82a93c98f9bd85dc91b-1613464312-0-ATTkgNdYr2aJEV00umDXi_8xhmSqxuayF4qnPOghkq0W4dcQ2N8zhYOTGQJUBXVfWKz0eAYwFEBe7CuiGFNTD9ylcEkVSSHxsKslyWwr8VSQ-QY9VfNHwJPLgESuoFPUf0-mOYFNFyNyrXrZZyOkJpeX-UelCsBigm0U5m0faGt-F3F_-pJoFcWLbcQSMohKSGVuQ4SgZZapeYSslF8iG-RuDIlxd-ybjGZqh4QGTygpC_IsIVUUqRGQUVMFkbVWbUufyZU_Jb-gcIXnQFgK-g9IRhd_72ZEglClarp5AA26V6hL8hz-3A1vLpZ83oIBahMbNv8Ff24hrBnd1BIr_ytY3jcVUXdChsQIBOpNxWKGeqKu8q6gNkZEZLLmhsGJt5h0wrJF8FFrlbOuAUSwc3FT_NR9B-M_r4EURzykGy8N

Buradan daha hansı nəticələrə gəlmək olar? Bu sualın cavabı kifayət qədər ilginc olması ilə yanaşı, həm də düşündürücüdür. Məsələn, onu da bəlli etmək çətin deyil ki, Antoni Blinkenin bu cür əhəmiyyətli vəzifəyə gətirilməsi Sorosun digər ölkələrdəki siyasi-ictimai proseslərə təsir imkanları əhəmiyyətli dərəcədə artırır. Belə ki, əvvəlki demokrat hakimiyyəti dövründə də Soros öz təsirindən istifadə edərək ABŞ dövlət büdcəsinin resurslarından məharətlə istifadə edirdi.

Soros əvvəllər olduğu kimi, indi də dövlət qurumu olan USAİD resurslarını özünə məxsus təşkilatlara yönəlməklə bir çox ölkələrdə cərəyan edən müxtəlif siyasi proseslərə təsir edir. Hətta 2017-ci ildə ABŞ-ın altı nəfər senatoru dövlət katibi Tillersona müraciət edərək, USAİD-in Corc Sorosla əlaqələrini araşdırmağı tələb etmiş və nəticədə həmin layihələr dayandırılmışdır.

Ətraflı aşağıdakı linkdə:

https://exit.al/en/2017/03/15/senators-to-secretary-tillerson-investigate-links-of-usaid-and-soros-in-albania/

Sözügedən məqalədə qeyd olunur ki, USAİD naməlum şəraitdə Corc Sorosa məxsus olan “Şərq-Qərb İdarəetmə İnstitutu” adlı təşkilata 9 milyon ABŞ dolları vəsait ayırmış və həmin vəsait layihənin məqsədləri üçün deyil, əksinə - yerli müxalif siyasi qüvvələrin dəstəklənməsinə yönəlmişdir. Layihənin rəhbəri isə Sorosun ən yaxın adamlarından sayılan Delina Fico adlı şəxs olmuşdur. Bu şəxsin Sorosla əlaqələri haqqında isə təqdim etdiyimiz aşağıdakı linkdə tanış olmaq olar:

http://veritas.com.al/soros-kerkonte-destabilitet-ne-maqedoni-dergoi-delina-fico-n-per-te-financuar-ojq-te-sipas-boldnews/

Onu da qeyd etmək lazımdır ki, ABŞ qurumlarının və təsisatların postsovet məkanında Bayden prezident seçiləndən sonra fəallaşacağını Rusiya prezidenti Vladimir Putin xüsusi vurğulamışdı.

“Rusiyanın postsovet məkanında təsirlərinin güclənməsi opponentlərdə narahatlıq yaradır”, deyə qeyd edən Rusiyanın prezidenti əlavə etmişdi ki, burada məqsəd ambisiyalı və hakimiyyət hərisliyi ilə alışıb-yanan insanlar vasitəsi ilə ölkəsinin MDB məkanından uzaqlaşdırılmasından ibarətdir.

Bu baxımdan, məsələnin, yaxud bu məsələnin nə qədər təhlükəli olmasının mahiyyətini anlamaq üçün Soros fondunun Azərbaycanla bağlı sərgilədiyi qərəzli mövqeyinə göz gəzdirmək kifayət edər. Yəni bunu daha müfəssəl qaydada anlamaq üçün ilk növbədə fondun fəaliyyəti ilə yaxından tanış olmaq lazımdır.

Bir daha Soros və ya onun “Açıq Cəmiyyət İnstitutu” haqqında...

Özünü xeyriyyə qurumu kimi təqdim edən Soros Fondu öz fəaliyyətində xeyriyyəçilikdən tamamilə uzaq olduğunu hər dəfə nümayiş etdirir.

Soros uzun illər Latın Amerikası ölkələrində kommersiya xarakterli fəaliyyətləri ilə sərvətini artıra bilib. Fond, əslində, Sorosun yeni kommersiya mənbələri tapmasında vasitəçidir. Məsələn, SSRİ dağıldıqdan sonra postsovet ölkələri dərin bir iqtisadi böhrana düçar oldu. Soros fondu bu ölkələrin bir çoxunda, eyni zamanda Azərbaycanda da fəaliyyətə başladı.

Nəticədə, Azərbaycandakı fəaliyyəti günü-gündən dəyişən fond faktiki olaraq siyasi və iqtisadi məsələlərə də müdaxilə etməyə başladı. Buna görə də fəaliyyəti dayandırıldı. Soros fondu Azərbaycana qarşı “düşmənimin düşməni mənim dostumdur” prinsipi sərgiləyir. Bu prinsipdə o, Azərbaycanda fəaliyyət göstərən radikal müxalifət partiyaları və bir sıra siyasiləşmiş QHT-lərlə sıx əməkdaşlıqlar qurur, onların maliyyələşməsində müntəzəm rol alırdı.

Lakin ifşasının ardınca Soros Fondunun Azərbaycandan çıxarılması onun nüfuzuna təsir etdi. Azərbaycanın ardınca Gürcüstanda da fəaliyyəti dayandırılan fond Qafqazda yalnız Ermənistanda fəaliyyət göstərir və oradakı hazırkı hakimiyyətin də təməli “Açıq Cəmiyyət İnstitutu” tərəfindən qoyulub.

Fond müntəzəm olaraq Azərbaycan əleyhinə bəyanatlar, qərəzli mövqelər verməkdə davam edir. Xüsusilə, insan haqları, siyasi həbslər, QHT-lərə təzyiq mahiyyətli bəyanatlar heç bir reallığı əks etdirmir. Ölkə başçısının bu gün daxili siyasi kursuna baxdıqda ölkədəki bütün siyasi partiyalara dəstək verdiyini, onlarla fərdi söhbətlərin keçirilib problemlərinin dinləndiyini görürük. Bu il ərzində azadlığa buraxılan siyasi məhbuslar isə özlüyündə böyük bir addımdır. Bütün bu faktları isə Soros Fondu niyəsə görmür, ya da görmək istəmir. Bütün bu və bu kimi hallar bir daha fondun heç də demokratik dəyərlər əsasında fəaliyyət göstərmədiyini sübut edir.

Bəlkə də məhz yuxarıda qeyd olunan dəlillərin üzə çıxması reallıqları demokratların hakimiyyətə olduqları ABŞ-ın Azərbaycandakı səfirinin xüsusilə son zamanlarda fəallaşmasına səbəb olmuşdur. Belə ki, amerikalı səfir qısa zamanda, xüsusilə Vətən müharibəsində əldə edilən qələbədən sonra Azərbaycanın xarici diplomatik dairələri ilə görüşlər keçirməkdə maraqlı olduğunu gizlətməyib və səfirin həmin cəhdlərində necə deyərlər, sorosçuların “barmaqlarının” olub-olmamasını da araşdırmaq funksiyası işə salınmalı, nəticələrə gəlinməlidir. Hər halda, xatırlayarsaq ki, Soros fondunun ölkəmizdəki fəaliyyətinə artıq uzun illərdir ki, rəsmi qaydada son qoyulub və “Açıq Cəmiyyət İnstitutu”nun funksiyası fəaliyyət göstərdiyi bütün dövrlərdə Azərbaycanın dövlət maraqlarına qarşı qərəzli çıxışlar edib, bu zaman mövzunun aktuallığını nəzərə alaraq, araşdırmamızı və jurnalist monitorinqimizi davam etdirmək niyyətindəyik.

(Ardı var)

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə