Dəyərsiz ömrünün əsas hissəsini qondarma erməni soyqırımının tanınmasına həsr edən qatı ermənipərəst Samanta Pouer Co Baydenin saxta soyqırımı bəyanatından sonra belə, hətta USAİD-in rəhbəri təyin olunduqdan sonra özünün əsas işi ilə məşğul olmaqla yanaşı, yenə də sırf erməni sevgisini nümayiş etdirməkdə davam edir, özü də bunu hər fürsətdə edir.
Təkcə bu fakta diqqət etmək yetərlidir: Saxta soyqırım günündə işini-gücünü ataraq, gedib İrəvanda qondarma abidəyə baş əyib, indi də bu mövzu ilə bağlı digər hisslərini twitter hesabında ictimailəşdirib. O, sabiq senator Bob Doul haqqinda twit paylaşaraq, yenə də qondarma soyqırımının tanınması məsələsini bayram edib yazır: “...Nəhayət ki, Vaşinqton Genosidi tanıdı...” (?!)
Yaxşı, bəs buna başqa nə ad qoyaq? Bu, axı açıq açıq meydan oxumaqdı, Türk Dünyasına meydan oxumaq - yəni, “mən nə istəyirəm deyirəm və edirəm, sizlər isə mənə heç nə edə bilmirsiniz...”. Lakin Samanta unudub ki, artıq dünya dərəbəylik dünyası deyil və elə bir anda, elə bir zərbə ala bilər ki, həmin zərbənin "ləzzətini" yerdə qalan ermənisevər ömrünün bütün çağlarında hiss edər. Sadəcə, onu tətbiq etmək gərəkdir!
Əslində isə, biz elə də uzağa getməyərək, uzun illər qardaş Türkiyədə fəaliyyət göstərə-göstərə bu ölkənin dövlətçilik, milli maraqlarına qarşı çıxış edən, anti-türk xarakterli layihələr elan edib qrantlar paylayan USAİD-in qovulması faktını xatırlaya bilərik. Bəli, zamanında Ankara USAİD-i ölkədən rədd edib. Yaxud, Sorosu Azərbaycandan bəlli çirkin əməllərinə görə qovan güc bu gün daha qüvvətli və güclüdür. Əlbəttə ki, samantalar kimi ermənipərəst məxluqları saman çöpü kimi ölkə sərhədlərindən kənara atmaq qabiliyyətindədir. Əgər belədirsə, biz nəyi gözləyirik..?
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə