Soros əsas silahlarını işə salır - saxta dinləmə əməliyyatı SİYASİ RAKURS+FAKT

Biz SİA olaraq son vaxtlar silsilə yazılarla çıxış edərək Corc Sorosun Azərbaycana qarşı yeni hücumların hazırladığı haqqında xəbər vermiş və bu proqnozları da irəli sürmüşdük ki, ABŞ-da demokratların hakimiyyətə gəlməsi nəticəsində Sorosun Azərbaycandakı şəbəkəsi də fəallaşacaq.

Və biz ardıcıl olaraq sorosçuların fəallaşmasını müşahidə edirik də...

Məsələn, ölkə daxilindəki vəziyyəti qarışdırmaq üçün Soros, hətta yeni layihələrə start verir və nəzarətində olan USAİD vasitəsi ilə özünə məxsus olan “köməkçi” təşkilatlara bu işləri görməkdən ötrü milyonlar ayırdır. Bəli, Sorosun ölkədə fəaliyyət göstərən bir neçə təşkilatı var ki, onlar da çox rahat öz fəaliyyətlərini davam etdirir (Məsələn, Şərq-Qərb İdarəetmə İnstitutu, CNFA və sair). Necə deyərlər, “özü burada olmasa da, (qara) ruhu buralardadır”.

“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi” və “Amnesty İnternational” təşkilatları vasitəsi ilə...

Amma Soros hücuma keçəndə bütün imkanlarında istifadə edir. Və bugünlərdə Azərbaycanda vəziyyəti qarışdırmaq üçün növbəti addımı atdı. Özünün tam nəzarətində olan “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi” və “Amnesty İnternational” təşkilatları vasitəsi ilə guya Azərbaycanda ictimai fəalların dinlədildiyini bəyan etdilər. Bu təşkilatların Sorosa bağlılığını heç sübut etmək də lazım deyil. Özlərinin səhifələrində Sorosla əməkdaşlıqları qeyd olunub. Bunu sübut etmək üçün isə link təqdim edə bilərik:

https://www.dailysignal.com/2017/06/21/foreign-soros-backed-media-outlet-bashes-conservatives-us-taxpayer-dollars/

Qayıdaq “məlumata” və “siyahıya”. Amerikalılar həmişəki kimi şousuz qalmağa bacarmırlar. Bu təxribatı da, deyəsən, “Snouden” filminin ssenari müəllifinə yazdırıblar. O qədər cəfəngiyyat təbiətli bir məlumatdır ki..!

Yəni bu amerikalılar bizi bu dərəcədə “avam” sayırlar? Bizim xüsusi xidmət orqanlarını özlərinin İKT bacarıqlarına nə gəlib ki? Gözümüzün qabağında məhz bizim milli xüsusi xidmət orqanları son dövrlərlə ən müasir texniki vasitələrdən istifadə etməklə çoxsaylı korrupsionerləri, (eləcə də dövlətimiz əleyhinə gizli gəaliyyət göstərənləri) ifşa etmiş, məsuliyyətə cəlb etmişdir...

Sizcə Soros nəyə görə hələ USAİD-i Azərbaycanda saxlayır?

Siyahılarda isə yalnız o şəxslər var ki, həmin şəxslərin guya dinlənilməsi ikili reaksiya yaradacaq: ya şübhəsiz dəstəkləncək, və yaxud “təəccüb yaradacaq”. Ən maraqlısı odur ki, siyahıda iki qrupun adları yoxdur - ciddi siyasi qalmaqal yaradacaq siyasilərin və Sorosun “hakim dairələrə” yerləşdirdiyi “agentlərinin”. Deməli, əsas hədəf cəmiyyətdə çaşqınlıq salmaq, narazılıq yaratmaqdır!

Bəs nömrələri hardan əldə ediblər? Çox asan. ABŞ səfirliyinindən və USAİD-dən qrant alanların hamısı onlardan tələb olunan bütün məlumatları təqdim edirlər, o cümlədən öz kontaktlarını həm də tanıdıqlarını kontaktlarını. Bəs sizcə Soros nəyə görə hələ USAİD-i Azərbaycanda saxlayır? Məhz bax belə təxribatçı fəaliyyətləri təşkil etmək üçün.

Biz isə dəfələrlə qeyd etdirdik ki, xüsusən də sorosçu və ermənipərəst Samanta Pouer USAİD-in rəhbərliyinə gətirildikdən sonra o təşkilatı burada saxlamaq olmaz. Müvafiq orqanlar artıq Sorosun Azərbaycandakı bəlli “təmsilçilərinin” fəaliyyətlərinə son qoymalıdırlar, əks təqdirdə bu kimi təxribatlar davam edəcək.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə