“YAP-ın Qazaxıstan və Özbəkistanın hakim partiyaları ilə əlaqələri inkişaf etdirilib” - Tahir Budaqov
“Uzun illər Qazaxıstanın hakim siyasi qüvvəsi olmuş “Amanat” Partiyası ilə qarşılıqlı əməkdaşlıq münasibətləri qurulub”.
SİA xəbər verir ki, bu sözləri YAP sədrinin müavini Tahir Budaqov Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib.
O bildirib ki, YAP nümayəndə heyəti Qazaxıstanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə Astana şəhərində keçirilən “Qazaxıstanın partiya sisteminin təkmilləşdirilməsi: nailiyyətlər və perspektivlər” mövzusunda beynəlxalq forumda iştirak edib.
T.Budaqov qeyd edib ki, “Amanat” Partiyasının nümayəndələri YAP-ın 30 illik yubileyi tədbirində, 2022-ci il noyabrın 2-də Bakıda keçirilən “Avrasiya məkanında təhlükəsizlik və əməkdaşlıq, siyasi partiyaların rolu” mövzusunda konfransda, 2024 və 2025-ci illərdə Şuşada keçirilən beynəlxalq konfranslarda, eləcə də 2025-ci il oktyabrın 17-də Bakıda keçirilmiş Asiya Siyasi Partiyaları Beynəlxalq Konqresinin Daimi Komitəsinin və Asiya Mədəniyyət Forumunun iclaslarında iştirak ediblər.
YAP sədrinin müavini vurğulayıb ki, 2024-cü il iyulun 13-də Bakıda “Amanat” Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında memorandumun imzalanması iki partiya arasındakı əlaqələrin inkişafında mühüm mərhələ olub.
O, Özbəkistanın Sahibkarlar və İş Adamları Hərəkatı – Özbəkistan Liberal-Demokratik Partiyası ilə 2022-ci ildə əsası qoyulan münasibətlərin də ötən dövrdə inkişaf etdirildiyini bildirib.
T.Budaqovun sözlərinə görə, Özbəkistan Liberal-Demokratik Partiyasının nümayəndələri YAP-ın 30 illik yubileyi tədbirində, Şuşada Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının ildönümü münasibətilə keçirilən beynəlxalq konfranslarda, həmçinin Asiya Siyasi Partiyaları Beynəlxalq Konqresinin Bakıda təşkil olunan tədbirlərində iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB