"Məhsulun üzərindəki tarix sonradan yapışdırılmış etiketlə gizlədilib və ya dəyişdirilibsə, həmin məhsulu almaq olmaz" - QİDA EKSPERTİ

"Məhsulun üzərindəki tarix sonradan yapışdırılmış etiketlə gizlədilib və ya dəyişdirilibsə, həmin məhsulu almaq olmaz" - QİDA EKSPERTİ

"Endirimdə olan ərzaq məhsulları ailə büdcəsinə qənaət etməyə kömək edə bilər. Amma onları alarkən diqqətli olmalıyıq. İlk növbədə məhsulun son istifadə tarixini və saxlanma müddətini yoxlamaq vacibdir". Bu sözləri SİA -ya açıqlamasında qida üzrə ekspert Asim Vəliyev bildirib.

Onun sözlərinə görə, ət, balıq, süd məhsulları və hazır salatlar kimi tez xarab olan qidaların tarixinə xüsusi diqqət yetirilməlidir: "Məhsulun üzərindəki tarix sonradan yapışdırılmış etiketlə gizlədilib və ya dəyişdirilibsə, həmin məhsulu almaq olmaz. Soyuducuda saxlanmalı məhsulların lazımi temperaturda qorunması onların təhlükəsizliyi üçün çox vacibdir. Dondurulmuş məhsulun əridiyini və yenidən dondurulduğunu düşünürüksə, onu almamalıyıq. Şişmiş, paslanmış və ya ciddi şəkildə əzilmiş konservlərdən istifadə etmək təhlükəlidir. Vakuum qablaşdırması açılmış, hava yığılmış və ya maye sızdıran məhsullar da riskli ola bilər. Süd və ət məhsullarında qeyri-adi qoxu, rəng dəyişikliyi, yapışqanlıq müşahidə olunarsa, həmin məhsulu istehlak etmək olmaz. Endirim məhsulun keyfiyyətsiz olması demək deyil. Mağazalar bəzən son istifadə tarixi yaxınlaşan məhsulları endirimə çıxarırlar. Xüsusilə tez xarab olan qidaları evdə uzun müddət saxlamaq düzgün deyil".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə