“Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün yekun vurulacaq.
SİA xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Federasiyasının (AZSİF) birgə təşkilatçılığı ilə keçirilir.
Beynəlxalq yarışın son mərhələsi də Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq.
Azərbaycan idmançıları yarışın Füzuli və Mingəçevirdə baş tutan ilk iki günündə ümumilikdə 11 medal əldə ediblər.
Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB