Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində çox işlər görülməlidir -MÜNASİBƏT BİLDİRİLDİ

"Cənab Prezident İlham Əliyev Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı sərəncam imzalayıb. Bu sərəncam əsasında Prezident Administrasiyası tədbirlər planı hazırlayır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirib.

Onun sözlərinə görə, ehtimal ki, yaxın günlərdə bu, açıqlanacaqdır: "Xocalı soyqırımı Azərbaycan dövlətinin və xalqının tarixində ermənilərin azərbaycanlılara qarşı törətdiyi növbəti cinayət, soyqırım hadisəsidir. Yəni sərəncamda da bu hadisə ilə bağlı geniş məlumat öz əksini tapmışdır. Hesab edirəm ki, Xocalı soyqırımının dünya miqyasında tanıdılması, yayılması istiqamətində çox işlər görülməlidir. Sərəncamın da məqsədi budur, buna xidmət edir. Təkcə xarici ölkələrdə deyil, eyni zamanda ölkə daxilində də soyqırımı ilə bağlı çoxsaylı, kütləvi tədbirlər keçirilibdir, keçirilir və keçiriləcəkdir. Nə qədər ki, Azərbaycan dövləti var, Xocalı soyqırımı ilə bağlı həqiqətlər də anılacaq, dünyaya yayılacaq. Erməni vəhşiliyinin, erməni xislətinin necə olduğu bütün dünyaya çatdırılacaqdır. Məqsədimiz ermənilərin iç üzünü, onların nə qədər vəhşi bir xalq olduğunu bütün dünyaya göstərməkdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Xocalı şəhidləri Azərbaycan torpağı, vətən torpağı uğrunda canlarını qurban vermiş insanlardır. Şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur, tutulmalıdır da. Cənab Prezidentimizin imzaladığı sərəncamda da məqsəd soyqırımla bağlı həm Azərbaycanda, həm də Azərbaycandan kənarda çoxsaylı tədbirlərin keçirilməsi erməni vəhşiliyinin, erməni faşizminin ifşa olunması, yayılmasıdır və bizim ədalətli, haqlı mövqeyimizin ortaya qoyulmasıdır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə