"İki qardaş ölkə bir-birinə çox bağlı və ayrılmaz bir yol keçirlər" - HƏRBİ EKSPERT AÇIQLADI

“Son zamanlar Azərbaycan-Türkiyə birgə təlimləri demək olar ki, silsilə xarakteri daşıyır. Bu cürbəcür qoşun növlərinin ayrı-ayrı olan təlimləri var və keçirilir. Ayrı-ayrı xidmət növləri ilə bağlı xüsusi təyinatlı təlimlər keçirilir və Naxçıvanda da keçirilən bu təlimləri həmin təlimlərin davamı kimi qəbul etmək lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, iki qardaş ölkənin silahlı qüvvələri bir-biri ilə əlaqəli qarşıda qoyulan tapşırıqları müştərək şəkildə yerinə yetirilməsinə yönəlib: “Əsas məqsəd iki qardaş ölkənin şəxsi heyətinin döyüş potensialını, döyüş hazırlığını artırmaq, koordinasiya şəkildə müştərək fəaliyyət göstərərək qərarların qəbul edilməsi, qərarların icrası ilə bağlı şəxsi heyətin idarə edilməsi və bununla da qarşıda qoyulan tapşırıqların yerinə yetirilməsinə yönəlib”.

“Biz bilirik ki, Şuşa bəyannaməsi də olub və o Şuşa bəyannaməsi də bu iki qardaş silahlı qüvvələri məhz bir-birinə bu şəkildə inkişaf etdirmək nəzərdə tutulub. Ondan qeyri bilirsiniz ki, Azərbaycan və Türkiyə ilə hüquqi baza var və o hüquqi baza nəticəsində Azərbaycan Türkiyə silahlı qüvvələrinin hər an Azərbaycanın marağında iştirakına imkan və icazə verib”.

“O cümlədən də, Azərbaycan silahlı qüvvələri Türkiyənin marağında iştirak etməsinə icazə verən bir sənəddir və hüquqi baza olduqda artıq bu o həmin hüquqi bazadan irəli gələn tədbirlərdir. O tədbirlər də silahlı qüvvələrin birgə fəaliyyəti ilə bağlı olan tədbirlərdir. Əlbəttə, bu tədbirləri yerinə yetirmək üçün Azərbaycan və Türkiyə silahlı qüvvələrinin hərbi hissə və bölmələri birgə təlimlər keçirməlidirlər və bu birgə təlimlərdə də qarşıda qoyulan tapşırıqları yerinə yetirməlidirlər. Bütün təlimlər müəyyən ssenari üzrə gedir. Əlbəttə bu birinci növbədə bizim sərhədlərin qorunması, antiterror əməliyyatlarında terrorçulara qarşı mübarizə və ümumiyyətlə qarşıda qoyula biləcək tapşırıqları yerinə yetirilməsi ilə bağlı olan ssenarilərdir. Bu təlimlər sadəcə iki qardaş ölkənin təlim iştirakçılarının döyüş hazırlığının yüksəldilməsi və birgə fəaliyyət göstərərək qarşıda qoyulan məqsədlərə nail olması məqsədi daşıyır”.

“Əlbəttə bütün Azərbaycan və Türkiyənin birgə fəaliyyətinə və birgə uğurlarına bizim dostlarımız sevinir. Ancaq düşmənlərimizə isə bu bir ismarıcdır ki, artıq iki qardaş ölkə bir-birinə çox bağlı və ayrılmaz bir yol keçirlər. “Bir millət, iki dövlət” bu prinsipə uyğun olaraq Ulu Öndər tərəfindən səsləndirən Azərbaycan və Türkiyənin əlaqələri bugün də davam edir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə