"Parlament fəaliyyətini normal şəkildə davam etdirir" - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan Respublikasının Milli Məclisi buraxılmayacaq”. Bu sözləri Milli Məclisin deputatı Elman Məmmədov SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, parlament fəaliyyətini normal şəkildə davam etdirir: “Parlamentin buraxılmasına hec bir hüquqi əsas yoxdur. Parlament öz işini məsuliyyətlə görür və parlamentin buraxılması ilə bağlı çıxan xəbərlər sadəcə şaiyələrdən başqa heçnə deil. Bildiyiniz kimi parlamentdə 125 deputat fəaliyyət göstərməlidir. Amma hal-hazırda bir neçə dairədə boşluqlar var və bunu nəzərə alarsaq o boş qalan dairələr üzrə seçkilər keçirilə bilər. Amma ümumən parlamentin buraxılması və yenidən seçkilərin keçirilməsi əsassız bir xəbərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə