"Deputatın toxunulmazlığına xitam verilməsi üçün kifayət qədər əsaslar var" - BAŞ PROKUROR

Deputat Eldəniz Səlimovun toxunulmazlığının ləğv edilməsi ilə bağlı parlamentə təqdimatımın kifayət qədər əsasları olub. SİA-nın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev parlamentin bu gün keçirilən növbədənkənar iclasında deyib.

K.Əliyev bildirib ki, bu gün bəşəriyyəti koronavirus bəlası bürüyüb: “Ölkəmizdə virusun qarşısının alınması istiqamətində ciddi tədbirlər görülür və müsbət nəticələr əldə edilib. Bütün dövlət qurumları, vətəndaş cəmiyyəti bu məsələdə birləşib. Bu sahədə hüquq-mühafizə orqanlarının, xüsusilə daxili işlər orqanlarının üzərinə böyük məsuliyyət düşür. Təəssüflər olsun ki, deputat Eldəniz Səlimov qohumunun kafesinə gəlib və polisin karantin qaydalarına əməl olunmasını tələb etməsi barədə qoumlarından məlumat alıb və həmin polis əməkdaşını evindən kafeyə çağırtdırıb və məlum hadisə baş verib. Məsələ araşdırılıb, cinayət işi qaldırılıb. Cinayət işinin aparılması üçün Eldəniz Səlimovun toxunulmazlığının ləğv edilməsi zəruridir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə